Nazir “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşüb
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbər heyəti ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüş zamanı “ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“Elbit Systems” nümayəndələri ilə görüşdə isə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 08 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















