Nazir iki gündə 379 nəfərin müraciətlərini dinlədi FOTOLAR
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Ölkə.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Nazir əvvəlcə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Sonra Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 379 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində nazir V.Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib. Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 461 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















