Icma.az
close
up
RU
Nazir iqlim dayanıqlığının gücləndirilməsi məsələsindən danışdı FOTOLAR

Nazir iqlim dayanıqlığının gücləndirilməsi məsələsindən danışdı FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində panel sessiyalar davam edir.

"Unikal" xəbər verir ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə mühüm təşəbbüslərin irəli sürüldüyünü və tərəfdaşların sayının artdığını vurğulayıb. Muxtar Babayev iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, müasir dövrdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması, dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olduğundan bu sahənin iqlimə davamlılığının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.

Nazir Məcnun Məmmədov əlavə edib ki, beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini - bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən iki illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır. Bu məlumatlara əsaslanan alətlər fermerlərə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iqlim dəyişikliklərinin təsiri kimi şirin su ehtiyatlarının azalmasını diqqətə çatdırıb və müasir dövrdə sudan səmərəli istifadənin vacibliyini vurğulayıb. O əlavə edib ki, yaxın illərdə Azərbaycanda su itkilərinin azaldılması, yeni su anbarlarının tikintisi və suyun təkrar istifadəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiriləcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu isə öz növbəsində bildirib ki, Azərbaycan da digər ölkələr kimi iqlim məqsədlərinə nail olmaqda milli töhfəsini genişləndirir. COP29-da mühüm irəliləyişlərin əldə olunduğunu deyən Viorel Gutu qeyd edib ki, bu razılaşmalar ölkələrin inkişafı və iqlim məqsədlərinə nail olunması üçün yeni imkanlar açır.

Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın regional təşəbbüslərdə lider rolunun artdığını xüsusi vurğulayıb. Ötən il Azərbaycanda baş verən təbii fəlakətlərin ciddi maddi zərərə səbəb olduğunu deyən Nigar Arpadarai qeyd edib ki, bu baxımdan ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır.

İqlim dəyişikliyinin yaratdığı təsirlər nəticəsində kənd təsərrüfatının hər il məhsul itkisinə məruz qaldığını deyən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat əlavə edib ki, aqrar sahədə innovasiyaların tətbiqi əlçatan və yerli reallıqlara uyğun olmalıdır.

Daha sonra tədbir “Dəyişən iqlimdə ağıllı kənd təsərrüfatı və qida təhlükəsizliyi / iqlim texnologiyası” mövzusunda panel sessiya ilə davam edib.

Panel sessiyada çıxış edən Kənd Təsərrüfatı Nazirliyində süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov, AİB-in Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rose Best, “Azercosmos” CİS Mərkəzinin direktoru İsmət Baxışov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iqlimə uyğun kənd təsərrüfatı təcrübələri, ağıllı suvarma, suya qənaət edən əkinçilik və torpağın qorunması üsulları, qida tullantılarının azaldılması və yerli qida sistemlərinin təşviqi, real vaxt rejimində məhsuldarlığın monitorinqi üçün rəqəmsal alətlər, yerli təchizat zəncirlərinin və icma əsaslı kənd təsərrüfatının gücləndirilməsi, davamlı kənd transformasiyasının dəstəklənməsində siyasət və maliyyənin rolu, həmçinin davamlı əkinçilikdə texnologiyanın rolu barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri