Icma.az
close
up
RU
Nazir Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısında iştirak edib FOTOLAR

Nazir Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısında iştirak edib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib.

"Unikal" xəbər verir ki, Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev və TDT Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Qlobal iqlim dəyişikliyinin aqrar aqro-ərzaq sistemləri və ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayan nazir Məcnun Məmmədov, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə TDT ölkələrinə təşəkkürünü ifadə edib.

Səmərəli kənd təsərrüfatı diplomatiyasını qlobal aqro-ərzaq sisteminin üzləşdiyi çoxsaylı çağırışları və təhdidləri aradan qaldırmaq üçün mühüm vasitə adlandıran nazir Məcnun Məmmədov əlavə edib ki, TDT ölkələri arasında ticarət əlaqələri daha da möhkəmləndirilməli və ölkələrimizin əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarına çevrilməsi üçün birgə səylər artırılmalıdır. O, vurğulayıb ki, TDT ölkələrinin müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, azad iqtisadi zonaları və əlverişli investisiya mühiti biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması gözlənilir. Bunu əsas gətirən nazir Məcnun Məmmədov qeyd edib ki, Fondun imkanlarından aktiv istifadə edərək TDT brendi altında birgə istehsala yönəlmiş pilot layihələr həyata keçirilməlidir. 

Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Öncədən müəyyən edilən meyarlar əsasında 2025-ci ilin sentyabr ayından etibarən Qırğız Respublikasının  Çolpon-Ata şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan edilib. TDT Kənd Təsərrüfatı Nazirlərinin növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub, Kənd Təsərrüfatı üzrə İşçi Qrupunun 2026-cı il üçün xüsusi Fəaliyyət Planı hazırlamasına qərar verilib. 

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə aqro-ərzaq sisteminin dayanıqlığının təmin olunması, aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi, TDT çərçivəsində kənd təsərrüfatı kooperasiyası fəaliyyətlərinin həyata keçirilməsinə dəstək  və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri