Icma.az
close
up
RU
Nazir kriminal statistikanı açıqladı 216 qrup zərərsizləşdirilib

Nazir kriminal statistikanı açıqladı 216 qrup zərərsizləşdirilib

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 24-də Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. 
Manset.az xəbər verir ki, iclasda nazir general-polkovnik Vilayət Eyvazov çıxış edib. Bildirib ki, ötən il dəölkədə sabitlik etibarlı şəkildə qorunub.

V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib.

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib. 

Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.

Nazir prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub. 

Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb. 

V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.

2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunub.

Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.  

İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, əldə olunan nəticələrdən, mövcud olan nöqsanlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 24 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see232

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see231

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see219

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see211

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see206

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see197

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see195

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see195

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see192

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see192

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see188

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see187

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see187

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see178

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see177

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see174

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see168

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see167

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see156

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri