Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8 % çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:73
Bu xəbər 19 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















