Icma.az
close
up
RU
Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, taxıl biçininin gedişatına həsr olunmuş növbəti müşavirə Şəkidə keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri açan Şəki İIcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin davamlı təmin olunması aqrar siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin mövcudluğu bitkiçiliyin digər sahələri kimi, taxılçılığın da inkişafına müsbət təsir göstərir. Şəkinin ölkənin ən çox taxıl əkilmiş bölgəsi olduğunu qeyd edən Elxan Usubov taxıl biçininin mütəşəkkil təşkili üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, əvvəlki illərdə olduğu kimi, bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Regional müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verib. Sarvan Cəfərov qeyd edib ki, nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddət ərzində, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, məhsul istehsalçılarının taxılyığan kombaynlarla vaxtında təmin edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb və hazırda biçin prosesi bu plana uyğun davam etidirilir. Hazırlanmış dislokasiya planına əsasən, rayonlar üzrə ehtiyaclar müəyyən olunaraq, “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynlar sürətli şəkildə digər bölgələrə dislokasiya edilir. Hazırda respublika üzrə arpa zəmilərində sürətli biçinin getdiyini xatırladan nazir müavini, Şəki-Zaqatala iqtisadi rayonu üzrə payızlıq arpa əkini sahələrində də aktiv biçin prosesinin getdiyinə diqqət çəkib. O, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan zəruri tələbatının ödənilməsi üçün yerli qurumlar arasında koordinasiyalı fəaliyyətin göstərilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə çıxış edən nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonları üzrə əkin aparılmış təxminən 120 min hektara yaxın payızlıq taxıl əkini sahəsinin 5340 hektarında biçin prosesinin başa çatdığını, hazırda biçinin əsasən arpa sahələrində aparıldığını bildiriblər. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə biçin prosesində hazırda 201 kombayn iştirak edir. Bunlardan 57 kombayn “Aqroservis” ASC-yə, 144 kombayn isə hüquqi və fiziki şəxslərə məxsusdur. Biçin prosesi aktiv mərhələyə daxil olduqdan sonra biçin başa çatmış Aran rayonlarından bu bölgəyə əlavə texnikaların dislokasiyası həyata keçiriləcək.

Regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdən sonra müşavirə iştirakçıları rayonun Öryət kəndində taxıl biçininin gedişi ilə tanış olublar. Fermerlər biçindən dərhal sonra sahədə yay şumu aparılacağını və torpağın təkrar əkinlərə hazırlanacağını bildiriblər. Onlara təkrar əkinlərin dövlət tərəfindən subsidiyalaşdırılması, bu mexanizm sayəsində fermerlərin ildə iki dəfə məhsul və iki dəfə subsidiya almaq imkanı əldə etdiyi barədə məlumat verilib.

Müşavirə iştirakçıları, həmçinin kənd ərazisində toxumluq əkin sahələrində aprobasiya prosesinin aparılması prosesi ilə də tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri