Nazir: Nəticələr maliyyə qurumlarının və enerji şirkətlərinin töhfələrindən asılı olacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əhəmiyyətli nəticələrə nail olmaq, həmçinin Avropa İttifaqının davamlı dəstəyindən, o cümlədən müvafiq maliyyə qurumlarının və enerji şirkətlərinin töhfələrindən asılı olacaq.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclasın və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov bildirib.
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları koordinasiya edilmiş enerji təchizatı strategiyalarımızda və fəaliyyətlərimizdə əhəmiyyətli irəliləyişi qeyd edir. Əhəmiyyətli nəticələrə nail olmaq həmçinin Avropa İttifaqının davamlı dəstəyindən, o cümlədən müvafiq maliyyə qurumlarının və enerji şirkətlərinin töhfələrindən asılı olacaq", - Pərviz Şahbazov qeyd edib.
Onun sözlərinə görə, bugünkü müzakirələr potensial əməkdaşlıqları təsvir etmək üçün dəyərli platforma təmin edib.
"Şirkətləri və maliyyə qurumlarını bu layihələrdə fəal iştirak etməyə dəvət edirəm və onların iştirakına görə təşəkkür edirəm. Biz artıq bu gün bir çox dəfə burada təmsil olunan bir çox maliyyə qurumlarının son zamanlarda həyata keçirilmiş və ya çox yaxın zamanda başlanacaq layihələrə böyük töhfəsi haqqında eşitdik", - nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















