Icma.az
close
up
RU
Çin şirkətlərinin təmiz enerji layihələri

Çin şirkətlərinin təmiz enerji layihələri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əlaqələri genişləndirməkdə maraqlıdır.

P.Şahbazov dialoq tərəfdaşı olan Azərbaycanın ŞƏT-lə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq bildirilib ki, Prezident İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı, habelə bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması tərəflər arasında əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanan hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanat isə Azərbaycan – Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verir.

Bu platformada ölkələrin fosil ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı, eləcə də ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya, habelə innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.

Azərbaycanın ŞƏT ölkələri ilə enerji tərəfdaşlığında Çin, Qazaxıstan və Özbəkistanla birgə həyata keçirilən “yaşıl” enerji layihələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Vurğulanıb ki, Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı səmimi dostluq münasibətləri və Azərbaycan – Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, “yaşıl” enerji gündəliyinin sürətli inkişafına güclü impuls verir. Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl” enerji strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə, təxminən, 2,3 QVt gücündə külək – günəş elektrik stansiyalarının inşası, həmçinin Xəzər dənizində, təxminən, 2 QVt gücündə külək enerjisi layihələrinin inkişafının planlaşdırıldığı qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri