Nazir nüavini: Azərbaycanda rəqəmsal inkişaf yeni mərhələyə qədəm qoyur .
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanda rəqəmsal inkişaf yeni mərhələyə qədəm qoyur".
BAKU.WS xəbər verir ki, bu sözləri "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən III Forumun "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" panel sessiyasında iştirak edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
Çıxış zamanı o da bildirilib ki, artıq ictimai proseslərin böyük hissəsi rəqəmsal mühitdə baş verir və media yalnız xəbər istehsalı ilə deyil, informasiyanın sürətli, təhlükəsiz və effektiv ötürülməsi ilə də seçilir.
Qeyd olunub ki, rəqəmsal transformasiya sayəsində informasiyanın toplanması və yayılması daha çevik xarakter alıb, müxtəlif platformalar vasitəsilə geniş auditoriyaya çıxış imkanları yaranıb. Eyni zamanda, oxucular passiv izləyicidən aktiv iştirakçıya çevrilərək medianın təsir gücünü artırır.
O d aqeyd ki, ölkədə rəqəmsal inkişaf sahəsində əsas yanaşma ayrı-ayrı layihələrdən vahid və proaktiv sistemə keçiddir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma gələcək inkişafın əsas istiqamətləri kimi göstərilib.
Həmçinin bildirilib ki, yüksək sürətli internet infrastrukturu, süni intellekt texnologiyalarının inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi prioritet istiqamətlər sırasındadır.
Forum zamanı 2026–2030-cu illəri əhatə edən rəqəmsal inkişaf planı hazırlanıb və bu plan rəqəmsallaşma, innovasiya və informasiya təhlükəsizliyi sahələrində mühüm addımların atılmasını nəzərdə tutulduğu da bildirilib.
Xatırladaq ki, bu gün Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















