Icma.az
close
up
RU
Rəqəmsal sistemlə şəffaflıq yeni mərhələyə qədəm qoyur

Rəqəmsal sistemlə şəffaflıq yeni mərhələyə qədəm qoyur

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 


Maliyyə manipulyasiyasına son veriləcək


Hər kəs büdcə xərclərini izləyə biləcək

 Dövlət büdcəsinin şəffaf və səmərəli xərclənməsi müasir idarəçilikdə ən vacib məsələlərdən biridir. Bu məqsədlə rəqəmsal texnologiyaların tətbiqi, xüsusən informasiya və kommunikasiya texnologiyaları, dövlət maliyyəsinin idarə olunmasında effektivliyi artırmaq və büdcə vəsaitlərinin düzgün istifadəsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. Elektron sistemlərin yaradılması dövlət qurumları arasında maliyyə axınlarını izləməyə imkan verir, büdcə xərclərində şəffaflığı yüksəldir və korrupsiya risklərini minimuma endirir. Azərbaycanda bu istiqamətdə atılan addımlar ölkədə fiskal siyasətin təkmilləşdirilməsi və maliyyə nəzarətinin gücləndirilməsi üçün mühüm bir mərhələ hesab olunur.

Qeyd edək ki, Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsi, dövlətə məxsus qurumlarda maliyyə-büdcə prosesi sahəsindəki çox ciddi problemlər uzun illərdir davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin imzaladığı fərman büdcə vəsaitlərinin oğurlanmasına qarşı effektiv nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. 

Prezident İlham Əliyevin ölkədə fiskal siyasətin təkmilləşdirilməsi və dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, Maliyyə Nazirliyi tərəfindən ölkənin büdcə, vergi, gömrük, dövlət rüsumları, dividendlər, mühasibat uçotu, dövlət maliyyə nəzarəti və dövlət xəzinədarlığı sahələrində səmərəliliyin artırılması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq.

“Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” fərman Azərbaycanda fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılmasını, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsini, dövlət büdcəsi xərclərinin optimallaşdırılmasını, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılmasını təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. 

Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görəcək. 

Maliyyə Nazirliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsini; dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərini; dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsini; dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək, icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Göründüyü kimi, fərman dövlət maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsini, yeni mexanizmlərin tətbiqini nəzərdə tutur. Bu sahələrdə Maliyyə Nazirliyinə əlavə və kifayət qədər geniş nəzarət səlahiyyətləri verilir. Bu tədbirlər Azərbaycanda büdcə xərcləmələrindəki uzun illər boyu davam edən mənimsəmələrin, səmərəsizliyin aradan qaldırılmasında nə qədər effektli ola bilər? 


Millət vəkili Vüqar Bayramov məsələyə bir neçə aspektdən yanaşıb. Deputatın sözlərinə görə, rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdan ibarətdir:

 “Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, şəffaflığın gücləndirilməsi iqtisadi siyasətin əsas prioritetlərindəndir. O cümlədən, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı daha şəffaf elektron sistemin qurulması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeni sistemin qurulması birmənalı şəkildə bir tərəfdən proseslərin daha da elektronlaşmasına, eyni zamanda elektron olaraq proseslərə nəzarət olunmasına, informasiyaların toplanmasına və daha asan işlənməsinə imkan yaradacaq. O baxımdan cənab Prezident tərəfindən imzalanmış son sənəd birmənalı şəkildə dövlət maliyyəsində daha şəffaf və səmərəli mexanizmlərin, sistemlərin qurulmasına öz töhfəsini verəcək. Xüsusən də informasiyalara əlçatanlığın artırılması və bununla da, büdcə vəsaitlərinin xərclənməsinə imkan yaradacaq. Təbii ki, büdcə vəsaitlərinin şəffaf xərclənməsi eyni zamanda büdcə vəsaitlərinin səmərəliliyi və qənaət baxımından vacibdir. Bu, həm də digər istiqamətlərdə, o cümlədən, sosial istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasına imkan yarada bilər. Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətlərin ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar”.


İqtisadçı-ekspert Eldəniz Əmirov da Sherg.az-a açıqlamasında deyib ki, neft gəlirlərinin azaldığı bir vaxtda büdcə xərclərinə nəzarətin gücləndirilməsi hədsiz çox önəmlidir: 

seeBaxış sayı:327
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri