Icma.az
close
up
RU
Nazir oğlunun sürücülük hüququ məhdudlaşdırıla bilər SƏBƏB

Nazir oğlunun sürücülük hüququ məhdudlaşdırıla bilər SƏBƏB

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov inzibati məsuliyyətə cəlb edilib.

"Qaynarinfo"nun məlumatına görə, Tale Heydərova qarşı İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib.

529.3-ci maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Məlumat üçün deyək ki, İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəzərdə tutulur.

Böyük ehtimalla Tale Heydərovun mülkiyyətində olan avtomobillə yuxarıda sadalanan maddələrin birində nəzərdə tutulan inzibati xəta törədilib və buna görə tətbiq edilən cərimə ödənilməyib. Tale Heydərov avtomobilin sahibi olduğu üçün məsuliyyət onun üzərində qalıb.

İttiham sübuta yetirilərsə, nazir oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdıra bilər.

Tale Heydərov Avropa-Azərbaycan Cəmiyyətinin təsisçisidir. O, eyni zamanda, media, elm, təhsil və incəsənət sahələrində bir sıra layihələrin müəllifi kimi tanınır.

Tale Heydərovun atası Kəmaləddin Heydərov 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildən fövqəladə hallar naziridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri