Icma.az
close
up
RU
Nazir: Sevindirici haldır ki, Azərbaycan universitetləri bu axşam açıqlanacaq “THE Impact 2025”in reytinq siyahısında yer alıb

Nazir: Sevindirici haldır ki, Azərbaycan universitetləri bu axşam açıqlanacaq “THE Impact 2025”in reytinq siyahısında yer alıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İstanbul, 17 iyun, Günel Karatepe, AZƏRTAC

Bu axşam “THE Impact 2025”in reytinq siyahısı açıqlanacaq. Sevindirici haldır ki, Azərbaycan universitetləri də bu reytinq sıralamasında yer alıb. Hazırda rəsmi açıqlamaları gözləyirik. Sadəcə onu deyə bilərəm ki, nəticələrimiz ürəkaçandır.

AZƏRTAC xəbər verir ki, bu fikri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev ifadə edib.

O deyib: “Artıq bəlli olduğu kimi “Times Higher Education” təhsil sahəsində nüfuzlu qiymətləndirmələri həyata keçirən qurumdur. Azərbaycanın həm Elm və Təhsil Nazirliyi, həm də müxtəlif təhsil müəssisələri bu qurumla əməkdaşlıq edir. Bu gün bir mövzu, ümumiyyətlə, ali təhsil sahəsində dayanıqlı inkişaf məsələləri və universitetlərin bu sahədəki roluna həsr edildi. Mən bu tədbirdə çıxış etdim və təbii ki, bu istiqamətdə ən mötəbər tədbir olan COP29 çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər, o cümlədən bu prosesin universitetlərə təsiri haqqında danışdıq”.

Tədbirin ikinci hissəsi barədə fikirlərini bölüşən nazir deyib: “Bu hissə dünyanın fərqli universitetlərinin yer aldığı sərgidən ibarətdir ki, burada Azərbaycanın on ali təhsil müəssisəsi təmsil olunur. Bu tədbirdə iştirak həm universitetlərimizin beynəlmiləlləşməsi, həm müxtəlif tədqiqat layihələrində iştirakı, həm də əcnəbi tələbələrin Azərbaycana cəlb olunması baxımından çox mühümdür. Bu istiqamətdə görülən işlər də artıq öz nəticələrini verir. İki gün sonra biz QS reytinqin nəticələrini görəcəyik. Orada da, hətta belə deyək, tarixdə ilk dəfə Azərbaycanın ali təhsil müəssisələrinin bəzi nəticələri qeydə alınıb. Bu bizim üçün çox sevindirici haldır və bütün görülən işlərin müəyyən mənada nəticə verdiyini də göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri