Nazir: Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollar çatıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb.
APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələrdən biridir: “Dövlət borcunun məzənnə və xarici bazar riskləri bu dövr ərzində azalıb. Orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb ki, bu da ÜDM-i təqribən 15% üstələyir. Büdcəmiz profisitlə icra edilib. Büdcənin icrasında cari xərclərə nəzər saldıqda, qeyri-neft gəlirləri hesabına onların örtülməsi 92%-ə çatıb ki, bu da proqnozdan 7,5%-dən çoxdur. Bunu gələn il 100%-ə çatdırmağı hədəfləyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















