Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...

Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend, APA və Xəzər TV-yə birgə müsahibəsi zamanı ali təhsil xərcləri ilə bağlı çıxışından sonra fikirlərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinə münasibət bildirərkən deyib.

Nazi bildirib ki, təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir:

“Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?

Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz.

Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə "pulsuz" oxuyur. Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.

Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur. Bu 895 nəfərin topladığı bal onların dövlət sifarişi əsasında (ödəniş etmədən) digər ixtisaslarda oxumasına imkan versə də, onlar ödənişli əsasda hüquqşünas ixtisasını seçirlər. Yəni bir çox abituriyent var ki, onlar öz vəsaitləri hesabına arzu etdikləri ixtisaslarda oxumağı ödənişsiz (dövlət hesabına) təhsildən daha üstün tuturlar.

Dövlət sifarişinin dəyəri mərhələlərlə artırılsa da, bir çox ixtisaslar üzrə vətəndaşın ödədiyi vəsait dövlət sifarişindən daha aşağıdır. Başqa sözlə, Azərbaycanda ali təhsil müəssisələrində kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 AZN təşkil edir. Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Yəni əgər keyfiyyətli İT mütəxəssisinin aylıq əmək haqqısı 2500-5000 AZN təşkil edirsə, məzun bütün təhsilinə xərclədiyi vəsaiti (2000 AZN x 4 il = 8000 azn) 3-4 aya geri qaytarır. Maliyyədən bir az anlayışı olan adamlar başa düşərlər ki, heç bir investisiyadan belə gəlirlilik səviyyəsi mümkün deyil. Başqa sözlə, çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər.

Bütün bunları deməkdə məqsəd nə idi? Məqsəd heç də ali təhsil müəssisələrində təhsil haqlarını qaldırmaqla bağlı deyil. Niyyət bu reallığı konstruktiv müzakirə etməkdir. Reallıq odur ki, dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları, digər ölkələrlə birgə universitet modelləri çərçivəsində təhsil alan tələbələrin təhsil haqları (xərcləri) dövlət tərəfindən qarşılanır. İqtisadiyyat üçün ehtiyac olan saylar bu yol ilə maliyyələşir. Dövlət bu istiqamətdə mərhələlərlə maliyyələşməni artırır. Daha çox insan ali təhsil almaq arzusunda olduğundan bu şəxslərə ödənişli əsaslarla da ali təhsil almaq imkanı yaradılılır. Ödənişli təhsil üzrə təhsil haqqının aşağı olması qısa müddətdə həmin tələbə üçün rahat görünsə də, uzun müddətdə nə onun özü üçün, nə də cəmiyyət üçün faydalı bir şeylə nəticələnmir.

Elm və Təhsil Nazirliyi olaraq biz daha çox Azərbaycan vətəndaşının ali təhsil almasının tərəfdarıyıq. Amma saylarla yanaşı keyfiyyəti də düşünmək lazımdır. Keyfiyyət həm kəmiyyətə, həm maliyyəyə, həm ümumi təhsilin keyfiyyətinə, həm də digər amillərə bağlıdır. İnanırıq ki, uzun müddətdə, mərhələlərlə bu amillərin ortaq balansını tapa bilərik – buna zaman lazımdır. Vətəndaşlara isə mesaj ondan ibarətdir ki, bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünsünlər.

Bu tip müzakirələrdə yəqin ki, ən asan məsələ sosial mediada əsassız şərh yazmaqdır. Amma şərhlər, mövqelər hansısa faktlara və tutarlı arqumentlərə əsaslanmalıdır. Təhsil siyasəti kifayət qədər mürəkkəb sahədir, qərarların verilməsi həmişə hansısa çətin seçimlərdən keçir. Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək və onu cəmiyyətə xəbər kimi təqdim etmək yanlış və çox dayaz mövqe nümayişidir. Belə mövqe nə vətəndaşımızı, nə də ölkəmizi irəli aparır. Bizim isə məqsədimiz inkişaf və tərəqqidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri