Icma.az
close
up
RU
NAZİRİN BRİFİNQ TƏHDİDLƏRİ “Təhqir də edin, amma həqiqəti ələ salmayın...”

NAZİRİN BRİFİNQ TƏHDİDLƏRİ “Təhqir də edin, amma həqiqəti ələ salmayın...”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Etibar ƏLİYEV

Elm və təhsil naziri keçirdiyi brifinqdə bu il Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasındakı biabırçılığı təhsil ekspertlərini aşağılamaqla ört-basdır etməyə çalışdı.

Brifinqdə dedikləri: “Bu il riyaziyyat olimpiadasında nəticəmiz aşağı olub. Amma demək ki, Azərbaycanın olimpiada nəticələri aşağı düşüb, özü də bilirsiniz bunu kim danışır? Olimpiadayla, riyaziyyatla heç bir aidiyyatı olmayan adam. Məni yandıran odur, bir var adam özü riyaziyyatçıdır, riyaziyyatla məşğul olur, bir də nə var, hansısa xahişini yerinə yetirməmişik... Yenə də yetirməyəcəyik. Buna görə danışırlar. Bunu riyaziyyatla məşğul olan adamlar danışsa, mən onları qəbul edirəm. Bunu heç vaxt riyaziyyat olimpiadası haqında danışmayan adam... birdən-birə riyaziyyatdan nəticə aşağı düşürsə, onun bu haqda danışması düz deyil. Onda deyirəm ki, informatikadan niyə danışmırsınız? Təhsil eksperi yoxdur. Bir adamlar özlərinə təhsil eksperti deyir, bir də siz onları qəbul etmisiniz. Siz geri qayıdıb onlara yenə təhsil eksperti deyəcəksiniz. Utanmasan oynamağa nə var ki…”

E.Əmrullayev riyaziyyat biabırçılığı ilə bağlı çıxıb üzr istəmək əvəzinə təhdid edir. Yaxşı, cənab nazir, fərz edək ki, təhsil ekspertlərinin riyaziyyatdan elementar bilikləri yoxdur. Onda soruşmaq ayıb olmasın, sizin və ətrafınızın bu elmdən xəbəri varmı ki, bundan danışırsınız? Sizin məntiqdən belə çıxır ki, nazirliyin nəzdində Beynəlxalq Olimpiadalar Mərkəzində, fizika, riyaziyyat və informatika təmayüllü liseydə də riyaziyyatı yaxşı bilənlər yoxdur? Olsaydı, heç olmasa bir bürünc medal qazanardıq. Özünüz dəfələrlə demisiniz ki, fizika-riyaziyyat təmayüllü liseydə riyaziyyatı yaxşı oxuyubsunuz. Sual verirəm: Şagird olduğunuz dövrdə yerli və beynəlxalq olimpiadalarda uğurunuz olubmu? Bəlkə bu barədə də danışasınız? Medalınız, tərifnaməniz varsa, göstərin, biz də bilək. Nə əcəb riyaziyyatçı olmadınız?

Bəs bu faktı nə tez unutdunuz? Bu barədə heç nə demirsiniz...

Bu il I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 31 167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib. Sual verirəm: Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzər alsaq, funksional savadsızlığa dəlalət edir…

Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, qəbul imtahanında isə 150 bal toplamaq mümkündür. Burdan belə çıxır ki, siz və komandanız riyaziyyatı bəyənmədiyiniz ekspertlərdən də pis bilirsiniz. Əlahəzrət fakt bunu sübut edir…

Gələk 2025-ci ildə keçirilən Beynəlxalq İnformatika Olimpiadasına: Bəli, şagirdlərimizin 1 gümüş, 2 bürünc medal qazanmasına biz sizdən çox sevinirik. Ancaq brifinqdə bu barədə də danışığınızda həqiqəti gizlətdiniz. Gümüş medalçı Ayxan Dəmirli Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdidir. Bürünc medalçılar: Həsən Vəliyev Bakı şəhəri 157-nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, Elvin İmanlı isə Fizka, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdidr. Həvəsləndirici makafata layiq görülən Əli Əliyev “Ankara məktəbi” məktəb-liseyinin 11-ci sinif şagirdidir. Deməli, bizim qəhrəmanlardan yalnız biri sizin himayə etdiyiniz və milyonlarla manat pul axıtdığınız Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdidir. Məndə olan dəqiq məlumata görə, gümüş medalçı Ziya Dəmirli özü sərbəst şəkildə olimpiadaya hazırlaşıb. Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) 3 medal (1 gümüş, 2 bürünc) və iki həvəsləndirici mükafat qazanmış şagirdlərimizin heç biri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdi deyil. Onların ikisi Bakı Türk Liseyinin məzunlarıdır…

Fizika və kimya təkcə nəzəri hissə deyil. Müəyyən eksperimental məsələlərin həlli üçün cihazlar olmalıdır. Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə təcrübələri aparmaq üçün cihazlar yoxdursa, bu çox pis! Demək, tamam hər şey baş-ayaqdır. Həqiqət budur.

Brifinq də keçirin, müsahibə də verin, ekspertləri təhqir də edin, ancaq həqiqəti ələ salmayın.

Zəruri qeyd: Fizika, riyaziyyat, İnformatika təmayüllü liseyin direktoru çıxıb açıqlama versin ki, builki məzunlar hansı ali məktəblərə daxil olublar. Əmrullayevin aşağıladığı təhsil ekspertləri bu sualı versinlər, bu ki, riyazi bilik tələb etmir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see213

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see166

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see141

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see139

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see125

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see122

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri