Icma.az
close
up
RU
Nazirlik bu biabırçılığı bildiyinə görə müəllimlərin haqlı etirazını görmək istəmir

Nazirlik bu biabırçılığı bildiyinə görə müəllimlərin haqlı etirazını görmək istəmir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycan dili və ədəbiyyat müəllimlərinin kütləvi etirazına baxmayaraq, testin gizli saxlanılmasının əsas səbəbi mətn üzrə tapşırıqlardır".

Redaktor.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, Təhsil İnstitunun keçmiş şöbə müdiri Könül Aydın özünün feysbuk hesabında yazıb.

"Əminəm ki, bunkerə yeni "ekspertlər" daxil edilib və onlar çox səriştəsiz iş görüblər. Onlar Çərçivə Sənədindəki qeydi nəzərə almadan 13 mətn sualı əvəzinə, 13 mətn daxil ediblər testə. Ağlı başında olan hər kəs anlayır ki, cəmi 120 dəqiqəlik imtahanda 2 fənn, üstəgəl metodika, pedaqogika sualları var və bunlarla yanaşı 13 mətn tapşırığını həll etmək mümkünsüzdür.

Bu mühüm pozuntudan əlavə, qrammatika suallarının da anlaşılmaz modellər əsasında tərtib olunması narazılıq doğurub. Görünür, yeni ekspertlər öz ağıllarını müəllimlərin üstündə sınağa çəkmək istəyiblər.

Nazirlik bu biabırçılığı bildiyinə görə müəllimlərin haqlı etirazını görməmək üçün əlindən gələni edir", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 18-də keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanınından kütləvi narazılıqlar var. Bir çox müəllimlər sosial şəbəkədə qeyd edirlər ki, imtahan sualları anlaşılmaz və çətin tərtib olunub. Etirazçı müəllimlər elm və təhsil naziri Emin Əmrullayevdən imtahanların yenidən keçirilməsini tələb edirlər. 

Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinə yaxın sayılan təhsil ekspertləri imtahandan narazılıq edən müəllimlərin üzərinə kütləvi hücuma keçərək hətta sosial şəbəkə hesablarında onları təhqir etməkdən çəkinmirlər.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri