Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Nazirlik bu kitabı yasaqladı, naşirdən etiraz

Nazirlik bu kitabı yasaqladı, naşirdən etiraz

Icma.az bildirir, Tribuna portalına istinadən.

Elm və Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: D. Deyl Karneginin (Donna Deyl Karnegi — Deyl Karneginin qızıdır) “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya (?) bu kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi.

Tribuna xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bildirib. O qeyd edib ki, nazirliyin bu addımı qadınlara və qızlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsü yaradır:

“Korneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar.
Bəs indi nə baş verdi?, Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?
Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı.
Bu, Təhsil Nazirliyinin qadınlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsünü yaratmırmı?
İkinci məsələ — Nəşriyyatlardan kitab alışıdır.
Dövlət büdcəsindən kitab adı ilə ən çox vəsait məhz Təhsil Nazirliyinə ayrılır.
Amma mənim 35 illik naşirlik fəaliyyətim dövründə Qanun Nəşriyyatından cəmi 15–20 adda kitab alınıb — o da yalnız Mikayıl Cabbarov dövründən sonra. Əvəllər Qanun Nəşriyyatı hər il 400–500 adda kitab nəşr etsə də hər yerdə görməzdən gəliblər.

Bəs məktəblərdə “məktəbdənkənar mütaliə” necə təşkil olunur?
Şagirdlərə hansı kitablar təklif edilir?
Bu siyahını kim və nə əsasında müəyyən edir?”.

Ş.Xuduoğlu bildirib ki, bu il Təhsil Nazirliyi 17 müxtəlif nəşriyyatdan kitab alır, ancaq məlum deyil ki, hanı nəşriyyatlardır:

“Sual yaranır:
– Bu nəşriyyatlar nə vaxt yaranıblar?
– Onların hansı təcrübəsi və hansı yeni nəşrləri var?
– Hansı əsasla “qəfil” siyahıya düşə biliblər?

Acı təcrübə göstərir ki, süni şəkildə yan nəşriyyatlar yaradılmaqla dövlət büdcəsindən vəsaitlərin silinməsi praktikası mövcuddur.

Təhsil Nazirliyinə suallarım:
1. Seçim kriteriyalarınız nədən ibarətdir?
2. Meyyarlar hansı sənəddə təsbit olunub?
3. Bizim nəşrlərin hansı standartlara uyğun gəlmədiyi barədə rəsmi açıqlamanız varmı?
4. Niyə alqı-satqı prosedurları məxfi saxlanılır?
5. Niyə şəffaflıq təmin edilmir?
6. Kitablar haradan, hansı qiymətə, hansı tirajla alınır — niyə ictimaiyyət bunu bilmir?
Mən Təhsil Nazirliyindən həm Karnegi kitabına qoyulan qadağa, həm də məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı aydın, əsaslı və şəffaf açıqlama gözləyirəm.

Bu iki məsələ — həm gender yanaşması, həm də dövlət vəsaitinin istifadəsi — cəmiyyətin birbaşa marağındadır”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri