Icma.az
close
up
RU
Nazirlik həmin pulu şagirdlərin təhsil hüququnu pozmaqla çıxartmaq istəyir Ekspertdən ETİRAZ

Nazirlik həmin pulu şagirdlərin təhsil hüququnu pozmaqla çıxartmaq istəyir Ekspertdən ETİRAZ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 1 nömrəli tam orta məktəbdə keçirilən dərsdən yayılan görüntülər son günlərin aktual mövzularındandır. Görüntülərdə əks olunur ki, sinifdə oturmağa yer çatmayan uşaqlar dərsi ayaq üstündə dinləyir. Valdeynlər bildirir ki, məktəbdə iki sinifi birləşdiriblər.

Redaktor.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirdi ki, təhsildə baş verənlər artıq təhsil ekspertlərini təəccübləndirmir:

"Əvvəl tapşırıq verildi ki, fiziki tərbiyə dərsləri ancaq bir sinif üçün ola bilər. Məktəbin bir idman zalı, 50 sinifi var. Bir sinif fiziki tərbiyə dərsi keçir, digər sinif fiziki tərbiyə dərsi keçmir. Digər böyük problemlər isə siniflərin birləşdirilməsidir. Ölkənin ucqar yerlərində məktəblərin birləşdirilməsi ilə bağlı çox ciddi problemlər var, məktəblərə nəqliyyat ayrılmır. Artıq ikinci həftədir tədris ili başlayıb, amma ucqar kəndlərdə, birləşən məktəblərdə uşaqlar məktəbə gedə bilmirlər. Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarı ilə müəyyən edilən ümumi təhsil müəssisələrində şagird sıxlığı normaları var. Həmin normaların ikinci hissəsində konkret göstərilir ki, bir sinif 20 nəfərlə komplektləşdirilir. Tapşırıq verilib ki, siniflər 30 nəfərlə komplektləşdirilsin. Bir sinif hələ tikiləndə 24 nəfər üçün nəzərdə tutulur".

Onun sözlərinə görə, 212 nömrəli qərara əsasən isə sinif 20 nəfərlə komplektləşdirilməlidir:

"Elm və Təhsil Nazirliyi tapşırıq verib ki, siniflər 30 nəfərlə birləşdirilsin. Siniflərdə parta yerləşmir, şagirdlərin təhsil hüququ pozulur. Sanitar gigiyenik normalar pozulur. Həmin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarda göstərilir ki, bir sinifdə bir şagirdə 2, 2,5 kvadrat metr yer, sahə düşməlidir. Hal-hazırkı vəziyyətdə heç 1 kvadrat belə düşmür. Nəticə etibarilə uşaqlarımızın təhsil hüququ pozulur. Emin Əmrullayev və yaxud da Elm və Təhsil Nazirliyi ilin birinci yarısında təlimlərə, layihələrə xərclədiyi pulu qənaət edərək ilin sonunda məhz şagirdlərin təhsil hüququnu pozmaqla çıxartmaq istəyirlər. Sanki Emin Əmrullayev harasa tələsir və yaxud da fikirləşir ki, artıq nazir kimi sonu gəlib, daha çox dağıtmağa çalışır. Parta qoymağa yer yoxdur, siniflər birləşdirilir. Bu nə deməkdir? İlk növbədə qanunvericiliyin tələblərinə əməl etmək lazımdır. Siniflər 20 uşaqla komplektləşdirilməlidir. Maksimum sinifdə 24 uşaq olmalıdır. İstisna hallarda şagird sayı uyğun gəlməyəndə 24-dən yuxarı ola bilər, amma bu 30-dan yuxarı olmamalıdır. Amma reallıq budur ki, təhsilin idarə edilməsində, o cümlədən bu məsələlərdə qaydalar yoxdur, hüquqi normativ sənədlər yoxdur. Kim nə istəyir, onu edir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri