Icma.az
close
up
RU
Ekspertdən müəllim və şagirdlərin TikTok videolarına REAKSİYA: Pis baxmıram

Ekspertdən müəllim və şagirdlərin TikTok videolarına REAKSİYA: Pis baxmıram

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mən "TikTok" və yaxud da digər platformalarda şagirdlərin müəllimlərlə, müəllimlərin şagirdlərlə etik davranış qaydaları çərçivəsində hər hansı trendlərə qoşulmasına mənfi baxmıram. Əgər bu, hər hansı bir elmlə, təhsillə bağlıdırsa, verilən tapşırıqla və ya dərslə əlaqəlidirsə, yaxud da cəmiyyəti müsbət addımlara təşviq edən bir trend hazırlayıb paylaşırlarsa, hansısa bir istiqamətdə müəyyən trendlərə qoşulurlarsa, buna pis baxmıram".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev müəllimlərlə şagirdlərin sosial şəbəkələrdə qoşulduğu trendlərə münasibətini bildirərkən dedi.

"Əlbəttə ki, bu trendlər həm etik, həm də ədəb-ərkan qaydaları çərçivəsində edilə bilər. Əvvəlki sovet cəmiyyətinin düşüncəsində "müəllimlə şagird hər hansı bir işi görə bilməz", "müəllim şagirdlə bəzi məsələləri edə bilməz" kimi anlayışlar mövcud idi. Məncə, bu, müasir texnologiya dövrünün tələbinə uyğun deyil", - deyə o bildirdi.

Ekspert qeyd etdi ki, bu dövrün tələbi texnoloji avadanlıqları düzgün işlətmə bacarığını həyata keçirməkdir:

"Təbii ki, bu bacarığı müəllim şagirddən öyrənirsə, müəllim şagirdlə hər hansı layihəni hazırlaya bilər. Bərabər hazırlayıb, bərabər yayımlaya bilər. Müsbət işlərdə bərabər addımlaya bilərlər. Mən bunu müsbət qiymətləndirirəm. Əlbəttə ki, etik davranışlar çərçivəsində.

Biz beynəlxalq təcrübəyə baxdığımızda da görürük ki, şagirdlərlə müəllimlər arasında isti münasibətin olması, şagirdin müəllimlə çəkdiyi trendin müsbət istiqamətdə həyata keçirilməsi həm şagirdin müəllimə olan sevgisini artırır, həm də müəllimin şagirdə olan diqqət və qayğısını çoxaldır.

Bu istiqamətdə atılan addımları qiymətləndirirəm və dəstəkləyirəm. Amma bunu da tövsiyə edərdim ki, trendləri müəllimlərlə şagirdlər, ali təhsil müəssisələrində isə tələbələrlə müəllimlər elm istiqamətində müsbət trendlər hazırlayıb davam etdirərlərsə, bu, çox gözəl bir yanaşma olar.

Mənfi çalarlara boyanmış hər hansı trendin isə tərəfdarı deyiləm" , - deyə Ramin Nurəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri