Icma.az
close
up
RU
Nazirlik müəllimləri niyə intizarda saxlayır?

Nazirlik müəllimləri niyə intizarda saxlayır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilir. 

Serifikatlaşma prosesinin ilk mərhələsi müəllimlərdə imtahanların necə olacağı, çətinlik yaranacağı ilə bağlı təşviş doğursa da, sonradan artıq bu prosesi təbii qarşılamağa başladılar. 

Əslində bu proses müəllimlərin özlərini sınaması, öz bilik səviyyələrini yoxlaması üçün bir vasitə oldu. Bir neçə ildir ki, təşkil olunan sertifikatlaşdırmada uğur qazanan müəllimlərlə yanaşı, imtahandan keçə bilməyən və əmək fəaliyyətinə xitam verilənlər də oldu. 2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub. 

Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqını artımla alır. Ötən sertikasiya prosesində müəllimlər ilk olaraq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, daha sonra isə riyaziyyat və xarici dil fənnindən imtahan verdilər. Cari ildə hansı fənn müəllimlərinin sertifikasiyaya cəlb olunacağına gəldikdə isə sosial şəbəkələrdə fizika, tarix, kimya, biologiya, coğrafiya fənləri üzrə növbəti sertifikasiya imtahanının həyata keçiriləcəyi ilə bağlı məlumatlar paylaşılır. 

Ümumilikdə isə 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. Qeyd edək ki, 2023-cü ilin noyabr ayında hansı fənnlər üzrə sertifikasiya keçiriləcəyi barədə məlumat verilmişdi. Ancaq 2025-ci ildə hansı fənndən sertifikasiya keçiriləcəyi barədə məlumat hələ verilməyb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq olaraq bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2025-ci ildə cəlb olunacaq fənlər barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən hələ qərar verilməyib: “Qərar olduğu halda ictimaiyyətə elan olunacaq”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri