Icma.az
close
up
RU
MİQ imtahanı pullu olacaq? “Nazirlik bu addımla müəllimləri itirir”

MİQ imtahanı pullu olacaq? “Nazirlik bu addımla müəllimləri itirir”

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan ödənişli olacaq.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.

İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri modern.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.

"Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ ki praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yaşanmayacaq", - o qeyd edib.

E.Nuri bu yeniliyin - MİQ müsabiqəsinə qatılacaq müəllim və namizədlərdən qeydiyyat məqsədilə hər hansı ödəniş tələbinin doğru yanaşma olmadığını bildirib:

“Bildiyimə görə, dünya təcrübəsində belə bir praktika yoxdur. İndi bizdə bu yanaşmanın MİQ-ə hansı zərurətdən tətbiq olunmasını anlaya bilmirəm. Bu prosesi DİM daxilindəki imtahanlarla eyniləşdirə bilmərik. Çünki DİM dövlət qərarına əsasən, hüquqi cəhətdən publik-hüquqi şəxsdir və onun özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin MİQ müsabiqəsi bütün 4 mərhələsi ilə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Təhsil siyasətinin əsas icraçı qüvvəsi olan nazirlik isə bu müsabiqələr üçün bəlli büdcə ayırır. Elə olan təqdirdə biz nədən müəllimlərdən MİQ-də iştirakları üçün ödəniş tələb etməliyik?!”

Onun sözlərinə görə, onsuz da son illər MİQ müsabiqəsi, onun faydalılığı ilə bağlı birmənalı fikirlər səslənilmir. MİQ-in xüsusən də vakansiya mərhələsindəki “sərt qaydalar” bu müsabiqəyə olan inamı xeyli sarsıdıb. Belə olan təqdirdə bu cür qərarın verilməsi isə sadəcə doğru hesab edilə bilməz:

“Son illərdə MİQ müsabiqəsinin az ala bütün mərhələləri (test  imtahanı, müsahibə, vakansiya) ilə bağlı müəllim və namizədlər arasında çox ciddi narazılıqlar var. Bu il isə xüsusən də vakant yerlərin hədsiz azlığı, 92-93 ballıq nəticə göstərənlərin belə işlə təmin oluna bilməməsi müsabiqə ilə bağlı narazılıqları xeyli artırıb. Belə olan təqdirdə müsabiqədə iştirakın ödənişli əsaslarla olması narazılıqdan da çox, inciklik yaradacaq. Biz müəllim peşəsinə, bu peşəni seçən şəxslərə kifayət qədər həssas yanaşma sərgiləməliyik. Lakin bu yenilik nəinki MİQ-ə, həm də ümumilikdə müəllimlik ixtisasına olan marağı xeyli azalda bilər. Odur ki, on minlərlə müəllim kimi, mən də bu qərarla heç cür razı ola bilmərəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri