Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Nazirlik vakansiyaları gizlədir? “Müəllimin sosial müdafiəsi üçün heç nə edilmir”

Nazirlik vakansiyaları gizlədir? “Müəllimin sosial müdafiəsi üçün heç nə edilmir”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“MİQ imtahanı ilə bağlı vakansiyaların gizlədilməsi və başqalarının yerləşdirilməsinə, əsasən, Bakı, Sumqayıt və Abşeron rayonunda rast gəlinir”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, əslində, müəllimin yaşadığı yerdən uzaqda işləməsi yaxşı haldır: Dominos pizza

“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə bağlı vakansiyaların gizlədilməsi və başqalarının yerləşdirilməsinə, əsasən, Bakı, Sumqayıt və Abşeron rayonunda rast gəlinir. Məsələn, hansısa rayonun ucqar kəndində vakansiyasının gizlədilməsi yaxud satılması məntiqli görünmür. 2023-cü ildə MİQ-lə bağlı yeni qaydalar qəbul olunub. Bu qaydalarda əsasən, namizədə öz yaşadığı yerə düşmək üçün 1.1 kafset verilir.

Əslində, müəllimin yaşadığı yerdən uzaqda işləməsi yaxşı haldır. Yeni mühit, yeni təbiət, fərqli insanlar həmin müəllimin təkmilləşməsi üçün də çox yaxşıdır. Amma müəllimlərin sosial müdafiəsini təmin edə bilmirik. Hətta qonşu ölkələrə nisbətən Azərbaycanda müəllimlərin sosial müdafiəsi çox-çox aşağıdır.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Həmin qərarda qeyd edilir ki, yaşı 35-dək olan gənc müəllimlərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.

Bu qərara əsasən, rayon mərkəzinə 20 kilometrə qədər olan kənddə işləyən müəllimə 90 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə çalışanlara isə 190 manat verilir. Bu gün ən ucqar kənddə 150-200 manata kirayə verirlər. Bilirsiniz ki, dərslərin saatı belə məktəblərdə az olur”. 

Ekspert vurğulayıb ki, ölkədə müəllimlərin sosial müdafiəsinin təşkili üçün heç bir addım atılımır:

“Rusiyada müəllim işə başlayanda ona birdəfəlik olaraq 1 milyon rubl (11 min dollar) pul verilir. Sibir və daha ucqar yerlərə gedən müəllimlərdə isə bu rəqəm 2 milyon rubl təşkil edir. Qazaxıstanda hər bir halda müəllim evlə təmin olunur. Azərbaycanda isə müəllimin sosial müdafiəsi üçün heç nə edilmir. Ona görə də məcburuq ki, müəllimi öz evinə yaxın bir məktəbdə işlə təmin edək. Bunu da etmirik. Vəziyyət də bu yerə gəlib çıxır.

Məsələ burasındadır ki, MİQ imtahanları və digər imtahanlara Elm və Təhsil Nazirliyi nəzarət edir. Əvvəla imtahanlar nazirlikdən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Müəllimlər üçün yeni güzəştlər, yeni kafsetlər təsdiq olunmalıdır. İnsanların sosial müdafiəsi nəzərə alınmalıdır. Yox əgər bunu nəzərə ala bilmiriksə, çalışmaq lazımdır ki, müəllimlər heç olmasa öz evinə yaxın yerdə işləsin.

Digər tərəfdən, bu müəllimlərin təyin olunduqları məktəblərdəki əmək şəraiti, yaşayış tərzi ilə heç kim maraqlanmır. Yeni müəllimlərlə daim maraqlanmaq lazımdır. 2 yol var: ya sosial müdafiəni təmin etməli, ya da müəllimlərə şərait yaradılmalıdır ki, öz evinə yaxın ərazidə işləsin”.

Qeyd edək ki, iyulun 3-10-u aralığında baş tutan MİQ imtahanından sonra bir çox namizədlər narazılıqlarını bildirir. Müəllimlərin bir çoxu öz yaşayış yerlərinə yaxın məktəblərdə işləmək istədiyini dilə gətirərək, uzaqdakı rayon və şəhərlərdə fəaliyyətin çətin olmasından gileylənir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri