Icma.az
close
up
RU
Nazirlik: “VMR Esthetic Clinic” adlı klinikanın lisenziyası yoxdur

Nazirlik: “VMR Esthetic Clinic” adlı klinikanın lisenziyası yoxdur

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsinin işçisinin canlı yayımda buxaq liposaksiyası icra etməsinə münasibət bildirib.
Reyting.az
xəbər verir ki, açıqlamada ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə lisenziyanı İqtisadiyyat Nazirliyinin verdiyi qeyd olunub:
"Ancaq “VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib", - məlumatda qeyd olunub.
Eyni zamanda bildirilib ki, mövcud qanunvericiliyə əsasən səlahiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Bundan başqa, tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.
Qeyd edək ki, sosial şəbəkələrdə “VMR Esthetic Clinic”in işçisinin canlı yayım açaraq buxaq liposaksiyası proseduru həyata keçirdiyi barədə görüntülər yayılıb.
Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi 2024-cü ildə kosmetoloji iş üzrə xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da nöqsanlar aşkar edib. 2025-ci ilin ilk üç ayında isə kosmetoloji iş üzrə xidmət göstərən 15 özəl tibb müəssisəsində aparılan yoxlamalar zamanı isə hər birində nöqsanlar aşkarlanıb və iki protokol tərtib edilib.
Xatırladaq ki, bu klinikanın sahibinin jurnalist Qənirə Ataşova və hüquq müdafiçisi Mirvari Qəhrəmanlının qızı ilə qalmaqalda adı çox hallanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri