Icma.az
close
up
RU
Nazirlik xəbərdarlıq etdi: Sərt tədbirlər görüləcək

Nazirlik xəbərdarlıq etdi: Sərt tədbirlər görüləcək

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən verilən dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur. Belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və dəniz ətraf mühiti üçün ciddi risklər yaradır.

Bu barədə News24.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 2024–2025-ci illər ərzində aparılmış araşdırmalar nəticəsində 14 şəxsə aid ümumilikdə 21 saxta sənəd aşkar edilib. Bunlardan 8-i sertifikat (diplom), 13-ü xüsusi hazırlıq şəhadətnaməsidir. Saxta sənədlərdən 5-i xarici ölkələrin gəmiçilik şirkətləri və ya bayraq dövlətlərinin sorğuları əsasında, 16-sı isə vətəndaşların sənəd yenilənməsi və ya yeni sənəd əldə edilməsi məqsədilə Agentliyə müraciətləri zamanı müəyyən olunub. Aşkarlanmış bütün hallar üzrə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib. Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə məsələləri beynəlxalq səviyyədə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilə tənzimlənir.

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.

Həmçinin “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkar edildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyən edir.

Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddi risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xarici gəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.

Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasən tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyini maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində yaradılmış “Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraq Agentlik tərəfindən verilmiş dənizçi sənədlərinin həqiqiliyinin yoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)

Agentlik bir daha bildirir ki, dənizçi sənədlərinin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik bütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardan çəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyi məlumatlandırmağa çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri