Icma.az
close
up
RU
Nazirlikdən Nəsimi Nəbizadənin qaçdığı reabilitasiya mərkəzi ilə bağlı AÇIQLAMA

Nazirlikdən Nəsimi Nəbizadənin qaçdığı reabilitasiya mərkəzi ilə bağlı AÇIQLAMA

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyi gördüyü iş cəmiyyətdə ciddi müzakirələrə səbəb olan “Qurtuluş” Reabilitasiya Mərkəzinin fəaliyyətinə münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Qurumun Analitik Ekspertiza Mərkəzi məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusunu cavablandırıb. 

Qeyd olunub ki, “Lisenziyalar və icazələr haqqında” qanunun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.

Vurğulanıb ki, reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığından, onların sayı üzrə vahid rəsmi statistika mövcud deyil:

“Reabilitasiya mərkəzlərinin fəaliyyətinə nəzarət məsələsi onların fəaliyyət istiqamətindən asılıdır. Belə ki, əgər mərkəzdə bilavasitə tibbi fəaliyyət həyata keçirilirsə – yəni həkim mütəxəssislər cəlb olunursa, dərman vasitələrindən istifadə edilirsə, tibbi diaqnostika və ya resept yazmaqla müalicə aparılırsa – bu halda həmin müəssisələr digər özəl tibb müəssisələri kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilən müvafiq lisenziyaya malik olmalıdır.

Müəssisədə tibbi fəaliyyət göstərildiyi hallarda, cəlb edilən həkim və digər tibb işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ixtisas, sertifikasiya və rəsmi əmək münasibətləri tələblərinə cavab verməlidir.

Reabilitasiya mərkəzi tibbi müalicə fəaliyyəti həyata keçirmədiyi, yəni lisenziya tələb edən tibbi xidmət göstərmədiyi halda, həmin müəssisələrə nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Belə hallarda bu cür müəssisələrin fəaliyyəti qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət və hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilə bilər”.

Mərkəzin məlumatına görə, vətəndaşlardan və ya müvafiq qurumlardan lisenziyasız tibbi fəaliyyətə dair əsaslandırılmış müraciət və sübutedici sənədlər daxil olduqda plandankənar yoxlamalar aparılır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq dövlət qurumlarının rəsmi müraciəti əsasında aparıla bilər. Bu baxımdan, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlardan və ya aidiyyəti qurumlardan müəssisədə lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsinə dair əsaslandırılmış müraciət və sübutedici sənədlər daxil olduqda, həmin müəssisədə tibbi xidmət göstərilib-göstərilmədiyini müəyyən etmək məqsədilə plandankənar yoxlama apara bilər”.

Bildirilib ki, yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət faktı aşkar edildikdə, Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada hüquqi, vəzifəli və ya fiziki şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilir, müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunur:

“Zərurət yarandıqda isə məsələ əlavə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına yönləndirilir”.

Qeyd edək ki, tanınmış teleaparıcı Nəsimi Nəbizadə və Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi. N.Nəbizadə iki gün əvvəl oradan qaçıb. 

Bəziləri hesab edir ki, reablitasiya mərkəzinin rəhbərliyi C.Əsgərov və N.Nəbizadə vasitəsilə özlərini reklam edirlər. Buradan ictimaiyyət arasında nüfuz və pul qazanırlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri