Icma.az
close
up
RU
Nazirliyinin rüşvətə görə saxlanılan vəzifəlisi: "Həmin pul oğluma məxsus idi"

Nazirliyinin rüşvətə görə saxlanılan vəzifəlisi: "Həmin pul oğluma məxsus idi"

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az “Report”-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Saleh Novruzi ifadə verib.

O bildirib ki, ittihamla tanış olanda orada adları qeyd olunan fiziki şəxsləri tanımayıb:

"Mən əməkdaşların heç birindən pul almamışam. Çantamdan çıxan pul oğluma aid olub. Bizim işimiz ölkəyə idxal olunan qeyri-qida məhsullarına gigiyenik sertifikatın verilməsi idi. Vətəndaş məhsulun kodu ilə bizim mərkəzə yaxınlaşır, sənədləri təqdim edir, doğruluğu yoxlanıldıqdan sonra məhsul laboratoriyaya verilir. Məhsulun növündən aslı olaraq ödəniş olunur. Burada iki rüsum var, biri dövlət, digəri də laboratoriyanın rüsumudur. Pullar bank hesabına ödənilir. Məbləğ məhsula görə dəyişir".

Saleh Novruzinin sözlərinə görə, məhsulun müayinəsi bitəndən sonra laboratoriya sənədləri ilə birgə komissiyaya təhvil verilir:

"Komissiyanın sədri mən idim, cəmi 7 nəfərdən ibarətdir. Komissiyanın nəzərindən keçiriləndən sonra üzvlər sənədlərə qol çəkir və sertifikat verilir".

Təqsirləndirilən şəxs bildirib ki, ofisdə axtarış zamanı çantasında tapılan 30 min manat pul oğluna məxsus olub və ev almaq üçün ona verilib.

"Bu barədə istintaqa bildirməməyimin səbəbi səhhətim ilə əlaqədar idi. Həmin pula Masazırda ev alacaqdıq", - o bildirib.

Məhkəmənin növbəti iclası fevralın 25-də keçiriləcək.

İttihama görə, sözügedən şəxslər əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində alıblar.

Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see193

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see175

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see158

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see151

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see147

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see134

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see133

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see130

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see130

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see129

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see128

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see127

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see126

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see125

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see124

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see122

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see122

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see118

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see117

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri