Icma.az
close
up
RU
NBAda oynamış basketbolçu: Azərbaycandakı həyatımdan və karyeramdan zövq alıram MÜSAHİBƏ AZƏRTAC

NBAda oynamış basketbolçu: Azərbaycandakı həyatımdan və karyeramdan zövq alıram MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

"Sabah" komandasının ABŞ-dan olan basketbolçusu Trevon Duval AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Artıq 3 aya yaxındır Azərbaycandasınız. Həm ölkəmiz, həm də çıxış etdiyiniz “Sabah" klubu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…

- Azərbaycandakı həyatımdan və karyeramda tam olaraq zövq alıram. Bura gözəl ölkədir. Klubuma gəlincə, hər kəs mənə isti münasibət göstərir. Burada hər şey peşəkar səviyyədə qurulub.

- "Miluoki" komandasının heyətində NBA-da 7 oyunda meydana çıxmısınız. Həmin dövrü necə xatırlayırsınız? Ümumiyyətlə, böyük liqada oynamaq necə hissdir?

- NBA-da oynadığım üçün xoşbəxtəm və bu, həyatımın heç vaxt unuda bilməyəcəyim anıdır. Həmin liqa mənim üçün əla təcrübə oldu. "Miluoki"nin heyətində çox şey öyrəndim.

- Hətta ABŞ millisinin aşağı yaş qrupları üzrə milli komandalarına da dəvət almısınız...

- Bəli, dəfələrlə ABŞ-ın aşağı yaş qrupları üzrə komandalarının təlim-məşq toplanışında iştirak etmişəm. Bu, mənim üçün şərəf idi.

- Niyə NBA-da möhkəmlənə bilmədiniz?

- NBA-da oynamaq fürsətlərdən, şərtlərdən və bir az da şansdan asılıdır. Bunlardan bəziləri məndə alınmadı.

- Maraqlıdır, hazırda dostluq etdiyiniz məşhur basketbolçular varmı?

- Hazırda NBA-da çıxış edən bir neçə basketbolçu dostum var.

- "Sabah" komandasının bu mövsüm Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

- Həqiqətən yaxşı matçlar keçirdik və orada oynamağa layiq olduğumuzu göstərdik. Sadəcə, bir neçə əsas oyunçunun olmaması səbəbindən istədiyimiz nəticələri əldə edə bilmədik.

- Rimas Kurtinaytis kimi baş məşqçinin rəhbərliyi altında oynamaq necə hissdir?

- Kurtinaytis əfsanəvi məşqçidir. Onun rəhbərliyi altında oynadığıma görə qürur duyuram. Düşünürəm ki, litvalı mütəxəssisdən çox şey öyrənəcəyəm.

- Bu mövsüm yerli çempionatda hədəfləriniz nədir?

- "Sabah" Azərbaycan Basketbol Liqasında üçüncü mövsümünü keçirir. Artıq komandanın iki çempionluğu var. Əlbəttə ki, builki hədəf də Azərbaycan çempionu olmaqdır.

- Sizcə, liqada hansı komanda "Sabah"la başabaş mübarizə aparmaq gücündədir?

- Düzünü desəm, heç bir komandanın “Sabah”la rəqabət apara biləcəyini düşünmürəm. Çünki biz çox güclüyük.

- Bakıda hansı tarixi yerləri bəyənirsiniz?

- Qız Qalası bu ölkənin tarixini ziyarət etmək və araşdırmaq üçün həqiqətən gözəl yerdir. Bu abidənin memarlığını çox sevirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri