Icma.az
close
up
RU
NBAda oynamış basketbolçu: Azərbaycandakı karyeramdan zövq alıram MÜSAHİBƏ İdman və Biz

NBAda oynamış basketbolçu: Azərbaycandakı karyeramdan zövq alıram MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" komandasının ABŞ-dan olan basketbolçusu Trevon Duval AZƏRTAC-ın suallarını cavablandırıb. İdman.biz müsahibəni təqdim edir.

- Artıq 3 aya yaxındır Azərbaycandasınız. Həm ölkəmiz, həm də çıxış etdiyiniz “Sabah" klubu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…
- Azərbaycandakı həyatımdan və karyeramdan tam olaraq zövq alıram. Bura gözəl ölkədir. Klubuma gəlincə, hər kəs mənə isti münasibət göstərir. Burada hər şey peşəkar səviyyədə qurulub.

- "Miluoki" komandasının heyətində NBA-da 7 oyunda meydana çıxmısınız. Həmin dövrü necə xatırlayırsınız? Ümumiyyətlə, böyük liqada oynamaq necə hissdir?
- NBA-da oynadığım üçün xoşbəxtəm və bu, həyatımın heç vaxt unuda bilməyəcəyim anıdır. Həmin liqa mənim üçün əla təcrübə oldu. "Miluoki"nin heyətində çox şey öyrəndim.

- Hətta ABŞ millisinin aşağı yaş qrupları üzrə milli komandalarına da dəvət almısınız...
- Bəli, dəfələrlə ABŞ-ın aşağı yaş qrupları üzrə komandalarının təlim-məşq toplanışında iştirak etmişəm. Bu, mənim üçün şərəf idi.

- Niyə NBA-da möhkəmlənə bilmədiniz?
- NBA-da oynamaq fürsətlərdən, şərtlərdən və bir az da şansdan asılıdır. Bunlardan bəziləri məndə alınmadı.

- Maraqlıdır, hazırda dostluq etdiyiniz məşhur basketbolçular varmı?
- Hazırda NBA-da çıxış edən bir neçə basketbolçu dostum var.

- "Sabah" komandasının bu mövsüm FIBA Avropa Kubokundakı çıxışını necə qiymətləndirirsiniz?
- Həqiqətən yaxşı matçlar keçirdik və orada oynamağa layiq olduğumuzu göstərdik. Sadəcə, bir neçə əsas oyunçunun olmaması səbəbindən istədiyimiz nəticələri əldə edə bilmədik.

- Rimas Kurtinaytis kimi baş məşqçinin rəhbərliyi altında oynamaq necə hissdir?
- Kurtinaytis əfsanəvi məşqçidir. Onun rəhbərliyi altında oynadığıma görə qürur duyuram. Düşünürəm ki, litvalı mütəxəssisdən çox şey öyrənəcəyəm.

- Bu mövsüm yerli çempionatda hədəfləriniz nədir?
- "Sabah" Azərbaycan Basketbol Liqasında üçüncü mövsümünü keçirir. Artıq komandanın iki çempionluğu var. Əlbəttə ki, builki hədəf də Azərbaycan çempionu olmaqdır.

- Sizcə, liqada hansı komanda "Sabah"la başabaş mübarizə aparmaq gücündədir?
- Düzünü desəm, heç bir komandanın “Sabah”la rəqabət apara biləcəyini düşünmürəm. Çünki biz çox güclüyük.

- Bakıda hansı tarixi yerləri bəyənirsiniz?
- Qız Qalası bu ölkənin tarixini ziyarət etmək və araşdırmaq üçün həqiqətən gözəl yerdir. Bu abidənin memarlığını çox sevirəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri