NBC də gərgin anlar: Tramp müsahibəni qalmaqalla tərk etdi VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandırıb.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, müsahibə zamanı Tramp aparıcı Kristen Uelkeri "satılmış olmaqda" ittiham edib.
Ağ Ev rəhbəri Kaliforniya ştatında iyunun 2-də keçirilən ilkin seçkini (praymeriz) müzakirə edərkən səslərin sayılmasının hələ də davam etdiyini vurğulayıb və yerli hakimiyyət orqanlarını saxtakarlıqda ittiham edib.
Aparıcı onun fikirləri ilə razılaşmadıqda isə Tramp Kristen Uelkeri "ya satılmış, ya da ağılsız" adlandırıb.
"Bu şirkətlər sizə kömək edir. Siz bilirsiniz ki, bu seçki saxtalaşdırılıb, sizin telekanal da bunu bilir. Siz bilirsiniz ki, mən 2024-cü il seçkisində böyük səs çoxluğu ilə qalib gəlmişəm, amma mətbuatda mənə qarşı 94 faiz mənfi münasibət olub. Siz etibarınızı itirmisiniz", - deyə o bildirib.
Tramp "NBC News"la yanaşı, ABC, CBS və CNN telekanallarını da tənqid edib.
"Gəlin burada bitirək, kifayətdir. Təşəkkür edirəm, əzizim, hər şey yaxşı olsun", - deyə o bildirib, daha sonra mikrofonunu çıxarıb yerə atıb.
Müsahibənin davam etdirilməsi ilə bağlı xahişə cavab olaraq isə Tramp "ölkə dürüst media olmadan böyük ola bilməz" ifadəsini işlədib./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 İyun 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















