Icma.az
close
up
RU
NDU da Novruz şənliyi maraqlı anlarla yadda qalıb

NDU da Novruz şənliyi maraqlı anlarla yadda qalıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə təntənəli şənlik təşkil olunub. 

“Xalq” qəzetinə verilən məlumata görə, tədbir qədim ənənələrə uyğun olaraq, Dədə Qorqud obrazının xeyir-duası və Bahar qızının təbriki ilə başlayıb. Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Novruzun xalqımızın ən qədim, ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bildirib ki, bu gün işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Rektor Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı görülən işlərdən bəhs edərək qeyd edib ki, bir neçə gün öncə Cənab Prezident İlham Əliyevin tarixi abidələrimizin bərpası üçün ayırdığı vəsait Naxçıvanın köklü dəyərlərinə göstərilən diqqətin bariz nümunəsidir.  Elbrus İsayev həmçinin çıxışında universitetin əldə etdiyi uğurlardan, tələbələrin elmi və yaradıcı nailiyyətlərindən bəhs edib. Kollektivi bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. 

Ardınca Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb.

Şənlik proqramı çərçivəsində NDU nəzdində Texniki Kollecinin “Yallı” qrupu, Nağara qrupu və Naxçıvan Musiqi Kollecinin rəqs ansamblı maraqlı çıxışlarla tədbirə xüsusi rəng qatıb. Eyni zamanda fakültələr tərəfindən hazırlanmış Novruz sərgisinə baxış keçirilib, burada tələbələrin əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Sərgi zamanı Muğam üçlüyü və Saz qrupunun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin bədii hissəsində Novruz bayramının fəlsəfi mahiyyəti – su, od, yel və torpaq ünsürləri üzərində qurulan səhnəciklər vasitəsilə təqdim olunub. “Dörd ünsürün mübahisəsi” kompozisiyası, Kosa və Keçəl obrazlarının  məzəli çıxışları, yumurta döyüşdürməsi tamaşaçılara xoş ovqat bəxş edib.

Bundan əlavə, NDU nəzdində Gimnaziya və Beynəlxalq Kembric Məktəbi şagirdlərinin xor ifaları, musiqi nömrələri və müxtəlif ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıb.

Sonda Tələbə Teatr Studiyasının hazırladığı “Söylə” və “Tənzərə” yallıları universitet kollektivi ilə birgə oynanılıb. Bayram şənliyi yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri