Icma.az
close
up
RU
NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında görüş keçirilib, akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Ali təhsil ocağının Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən görüşdə rektor Elbrus İsayev universitetdə təhsilin keyfiyyətinin artırılması üçün görülən işlər haqqında qonaqlara geniş məlumat verib. Bildirilib ki, əsas məqsəd Azərbaycan və beynəlxalq təhsil sistemləri ilə inteqrasiyanı gücləndirərək, ali təhsil müəssisəsini dünyanın qabaqcıl universitetlərindən birinə çevirməkdir. Diqqətə çatdırılıb ki, tədqiqat potensialını artırmaq, əmək bazarı və sənaye ilə sıx əlaqələr qurmaq, tədqiqatyönümlü tədrisi inkişaf etdirmək universitetin prioritetlərindəndir.

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev elmin və təhsilin inkişafının müasir cəmiyyət üçün əsas prioritet olduğunu vurğulayıb. Professor bildirib ki, elm və təhsil sahəsindəki irəliləyişlər sosial və iqtisadi inkişafın mühüm təməlini təşkil edir. Müasir dövrdə elmi tədqiqatların və akademik fəaliyyətlərin dünya səviyyəsində rəqabətli olması, həm intellektual, həm də texnoloji inkişaf üçün əvəzsiz amildir. Professor, həmçinin universitetlərdə tələbələrin araşdırma üsuluna daha çox cəlb edilməsinin vacibliyini, eləcə də elmi əsaslarla düşünmə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, tərəflərin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq ikili diplom proqramlarının həyata keçirilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə nəşr və yaxud əməkdaşlıq etmək məsələləri nəzərdə tutulub. Həmçinin konfrans, seminar, simpozium, konqres və digər ortaq akademik və elmi tədbirlərin təşkili, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinə üzv alimlərin Naxçıvan Dövlət Universitetində mütəmadi olaraq təlim və seminarlarının keçirilməsi planlaşdırılıb. Bu memorandum iki qurum arasında elmi və akademik əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Sonda NDU-nun rektoru Elbrus İsayev professor Məsud Əfəndiyevə xatirə plaketi və “Naxçıvan. Şərqin Əfsanəsi” kitabını hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri