Icma.az
close
up
RU
Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq məsələlərinə dair növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Qarabağ Universitetindən məlumat verilib. Onlayn formatda keçirilən görüşdə dünyanın müxtəlif ölkələrinin universitetlərində və elmi-tədqiqat müəssisələrində çalışan tanınmış azərbaycanlı alimlər iştirak ediblər.

DAAB İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev çıxışında DAAB-ın əsas fəaliyyət istiqamətləri və Qarabağ Universiteti ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verib. M.Əfəndiyev regionun hərtərəfli inkişafına mühüm töhfə verəcək Qarabağ Universitetinə DAAB üzvləri tərəfindən müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov təmsil etdiyi ali təhsil müəssisəsində həyata keçirilən fəaliyyətlər və planlar barədə danışıb. Rektor DAAB ilə bu günədək formalaşan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək Qarabağ Universitetinə göstərilən maraq və dəstəyə görə təşəkkürünü bildirib. Ş.Bayramov birgə əməkdaşlığın universitetin strateji inkişaf hədəflərinə çatmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Görüş çərçivəsində ortaq elmi-tədqiqat layihələrinin icrası, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə yaşayan azərbaycanlı alimlərin mühazirələrinin təşkili, birgə elmi konfrans, forum və simpoziumların keçirilməsi və digər əməkdaşlıq istiqamətləri müzakirə olunaraq razılaşdırılıb.

Görüşün sonunda Qarabağ Universiteti və DAAB arasında konkret əməkdaşlıq istiqamətlərini əhatə edən birgə fəaliyyət planı təsdiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see140

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see125

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see124

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri