Nə 60, nə də 70 Bu şəxslər 100 yaşını görəcək
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uşaqlıqda ana ilə qurulan münasibətlər insanın gələcək ömür uzunluğuna təsir edə bilər.
News24.az xəbər verir ki, bu barədə psixologiya elmləri doktoru, professor Marina Rozenova Rusiya mətbuatına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, uşaqlıqda ana ilə münasibətlərin soyuq və məsafəli olması insanın uzunömürlülük potensialını azalda bilər:
"Anası ilə yaxın münasibəti olmayan və valideynləri boşanmış qadınlar uzunömürlülük mövzusuna daha çox maraq göstərirlər. Onlar bu sahədə testlər keçir, elmi məqalələr oxuyur və mövzu ilə bağlı ədəbiyyata xüsusi diqqət yetirirlər", – deyə Rozenova bildirib.
Mütəxəssis əlavə edib ki, anası ilə münasibətləri gərgin olan insanların bu emosional bağları anlamağa və düzəltməyə çalışmaları vacibdir.
Professor həmçinin ata ilə münasibətlərin də insanın həm bioloji, həm də psixoloji qocalma prosesinə təsir etdiyini vurğulayıb.
Onun fikrincə, uşaqlıqda atası ilə yaxın olan insanlar yaşlandıqca özlərini daha gənc və enerjili hiss edirlər.
Nigar İlyasqızı
Baxış sayı:117
Bu xəbər 27 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















