Icma.az
close
up
RU
Ay camaat, nə yeyirsiniz?.. FELYETON

Ay camaat, nə yeyirsiniz?.. FELYETON

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Soruşursan ki, ay camaat, nə yeyisiniz? Deyirlər ki, sənə nə var. Heç verilməli sualdır, nə yeyirsiniz? Nə yeyəcəyik ki, dükan-bazar doludur ərzaqla, tərəvəzlə, min bir adda, min bir çeşiddə, həm də bir-birindən gözəl, cəlbedici. Gedib alıb gətiririk, doldururuq soyuducuya, yeyirik. Suala bax, nə yeyirsiniz. Yox bir, gəlin bu işimizə də qarışın.

Gördüyün kimi, yeyirik ki, ayaq üstündəyik də. Yeməsəydik, çox yəqin ki, o dünyada olardıq. Ta hər işə də qarışmayın ki? Bəsdir də, başımıza ağa kəsiləcəksiniz? Onu etməyin, bunu etməyin, belə olmayın, niyə belə olmalıdır? Bezdirirsiniz ey adamı. İndi də nə yeyirsiniz. Nə yemirik ki, şükür Allaha.

İndi ki, bu qədər maraqlısınız, buyurun, görün nə yeyirik. Necə deyərlər, gir bazara, quş südü tap. Bazarlar doludur ətlə, balıqla, toyuqla, yumurta ilə. Kənd toyuğu ayrı, broyleri ayrı, budu, qanadı, içalatı, yumurtası ayrı. Bazar dolur, boşalır, istehsal var da, həm də sürətli. Yoxsa bu qədər tələbatı çatdırmaq olar? Kartof, soğan, sarımsaq, badımcan, bibər, pomidor, xiyar, göyərti, nə bilim, hər cür tərəvəz var. Bazar- market doludur qışda yayda yetişən, yazda payızda yetişən meyvə-giləmeyvələrlə. İlboyu piştaxtalardan əskik olmayan tərəvəzlərlə. Göz istəyir ki, gözəlliklərinə baxsın. Heç yayda elə tərəvəzlər olmur. Adamın üzünə gülür.

Qış üçün heç turşu tutmağa ehtiyac yoxdur, təzə pomidor, xiyar, rəngbərəng bibərlər, göyərti istənilən qədərdir. Qatıq, süd, pendir, şor, kərə yağı nə qədər istəyirsən. Maşallah, görün nə qədər süd istehsal olunur ki, süd məhsulları ayaq tutub yeriyir.

Marketlər doludur ərzaqla. Nə istəsən ala bilməzsən? Yerlisi də var, xaricdən gələni də. Biz də qədrimizi bilirik, xaricdən gələni alırıq. Niyə? Çünki insanı yaxşı qidalanmaq yaşadır. Niyə də ki, almayaq, bir dəfə gəlirik dünyaya. Nə üçün süfrəmizə istədiyimiz məhsulu qoymayaq? Bunun düyüsü, mərciməyi, noxudu var, kərə, ayçiçək, qarğıdalı yağları var. Hansının rəngi gözəldir, görünüşü böyükdür, xaricdən gəlib, ondan alırıq.

Yağlar da ki, həm təmiz, keyfiyyətli, həm də qiymətləri münasib. Məsələn, kərə yağı var ki, qiyməti 5 manata, ayçiçək, qarğıdalı yağları var 6-8 manata. Belə götürəndə 1 kiloqram kərə, 1 litr ayçiçək, qarğıdalı yağları üçün heç xammalı bu qiymətə almaq olmaz. Çox razıyıq qiymətlərdən də, keyfiyyətdən də. Şükür Allaha, süfrəmiz də ki, doludur.

Hələ marketlərdə endirimli qiymətləri demirik. Hər gün endirim var. Bu, bolluqdan irəli gəlir. Məhsul boldur, market sahibləri də ədalətli, deyirlər qoy satılsın, camaat alıb yesin. Biz də daşıyırıq daşıya bildikcə. Ta nə etməliyik ki...

Cavabımı necə aldımsa, nitqim qurudu. Dedim, düz deyirsiniz, həqiqəti deyirsiniz, haqlısınız. Əlbəttə, insan yeməsə ölər. Ancaq mən nə yeyirsiniz deyəndə GMO-nu soruşmaq istəyirdim.

Başladılar gülməyə: yenə başlamayın da, gündə bir hoqqa çıxarırsınız, GMO nədir?

Mən də bayaqdan bəri az qala məni öldürmək istəyənlərə acıqla dedim ki, axşamadək İntagram, Facebook, Tiktok-dan çıxmırsınız. Yazın, görün, nədir də...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri