Icma.az
close
up
RU
NƏ PUTİN GƏLƏCƏK, NƏ DƏ SÜLH OLACAQ Yeni İstanbul danışıqlarına ümid azalır

NƏ PUTİN GƏLƏCƏK, NƏ DƏ SÜLH OLACAQ Yeni İstanbul danışıqlarına ümid azalır

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin gəlib-gəlməyəcəyindən asılı olmayaraq, İstanbula gedəcək. Putin isə hələlik heç cür Türkiyəyə gedənə oxşamır və Kremldən gələn açıqlamalar hər hansı müsbət ssenariyə ümid etməyə əsaslar vermir…

Putinin İstanbula getməməsi bir çoxları tərəfindən hər nə qədər onun “Zelenskinin qarşısından qaçması” kimi qəbul olunsa da, vaxtilə Yevgeni Priqojinin qabağından qaçan, həmçinin, Rusiya ordusunu, iqtisadiyyatını, cəmiyyətini, xarici siyasətini öz qərarları ilə bütün dünyada biabır edən Kreml başçısı, artıq çoxdandır zədələnmiş reputasiyasının qeydinə bir o qədər də qalmır. Odur ki, siyasi fərarilik artıq Rusiya “Çarı” üçün ayıb sayılmır…

Bütün bu baş verənlər bir daha göstərir ki, Vladimir Putin atəşkəsdə maraqlı deyil. Odur ki, ukraynalı politoloq Denis Popoviçin dediyi kimi, Türkiyədə nə Putini, nə də sülhü gözləməyə dəymir: “Məncə, atəşkəs əlamətlərini gözləməyin mənası yoxdur, çünki bazar günü gecəsi Putin atəşkəs təklifini mahiyyətcə rədd edərək, İstanbulda birbaşa danışıqlar təklif etdi. O, sadəcə olaraq, Zelenskinin bununla razılaşacağını gözləmirdi. Putinin dediyi hər şey dəqiq olaraq bütün bu təklifləri rədd etmək və atəşkəsdən yayınmaq üçündür”.

Bu arada “heç bir ilkin şərt olmadan” danışıqlara hazır olduğunu bəyan edən Rusiya Ukraynada hücumlarını daha da şiddətləndirib. Ötən gecə Rusiya Ukrayna şəhərlərinə 200-dək PUA və bir neçə “İskəndər” raketilə hücum edib.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında deyilir ki, Rusiya Ukrayna və ABŞ ilə danışıqlarda daha yaxşı mövqe tutmaq üçün böyük itkilərə baxmayaraq, zəif təlim keçmiş çağırışçılarını piyada hücumlarına göndərir. Hesabatda qeyd edilir ki, Rusiya hərbçiləri itkiləri əvəz etmək üçün qüvvələr toplayır və itkilərin artmasına baxmayaraq, Ukraynada qoşun varlığını gücləndirir.

Qeyd edək ki, Putin ötən gün son çıxışında rusiyalıların könüllü olaraq kütləvi şəkildə orduya qatıldığını, Ukraynada isə insanların küçələrdən zorla tutulub orduya aparıldığını deyib. Hətta əlavə edib ki, Rusiya orduya ayda 50 minə yaxın, Ukrayna isə 30 minə qədər əsgər cəlb edə bilir. Bununla qürrələnən Putin bir daha nümayiş etdirib ki, say və silah üstünlüyünə yiyələnərək, Ukraynanı məhv etmək niyyətindən qətiyyən əl çəkmək fikrində deyil. Bunu Donald Trampın administrasiyasında da anlamağa başlayırlar. Daha doğrusu, yəqin ki, çoxdan anlayıblar, sadəcə, artıq özlərini görməzliyə, bilməzliyə vura bilmirlər və Zelenskinin son addımları Ukraynanı günahlandırmağa meylli Tramp komandasını bəhanələrdən məhrum edir. 

“Financial Times” yazır ki, Trampın ətrafındakı əsas fiqurlar son vaxtlar Ukraynadakı müharibə ilə bağlı mövqeyini tədricən dəyişir. Qəzet qeyd edir ki, bu səbəbdən ABŞ rəsmiləri Vladimir Putinə qarşı getdikcə daha səbirsiz görünürlər və etiraf edirlər ki, sülhə ən böyük maneə Vladimir Zelenski yox, Putindir.

Almaniyanın ABŞ-dəki keçmiş səfiri Volfqanq İşinqer qəzetə açıqlamasında deyib: "Amerikalıların sadə bir fikri var idi: gəlin Rusiyanı tərifləyək, Zelenskiyə isə təzyiq edək və razılaşma əldə edək. Məlum oldu ki, Rusiyanı sadəcə tərifləmək kifayət deyil".

Qəzet yazır ki, hazırda Trampın əsas hədəfi - sülh danışıqlarına və müharibənin dayandırılmasına gətirib çıxara biləcək atəşkəs əlçatmazdır. Çünki Putin hətta sərt sanksiyalara rəğmən, döyüşləri dayandırmaq barədə bütün çağırışları rədd edib. Müşahidəçilərin fikrincə, Rusiyanın bu cür açıq-aşkar barışmazlığı Trampı qıcıqlandırır.

ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə deyib: "Trampın ünsiyyətində məyusluq hissi var. Ola bilsin ki, o, (Putinə güzəştə getməklə) çox şey itirdiyini və əvəzində heç nə almadığını başa düşür". Tramp administrasiyası üçün artıq davam edən döyüşlərdə ukraynalıları günahlandırmaq da getdikcə çətinləşir. Son həftələrdə Zelenski özünü real sülhə hazır kimi təqdim etmək üçün əlindən gələni etdi. Buna görə ABŞ Avropa liderlərinin Rusiyaya son ultimatumunu dəstəklədi.

İndi bir qədər küncə sıxışdırılan Putinin yeganə məqsədi prosesi uzun, mənasız, və nəticəsiz danışıqlara yönəltmək, eyni zamanda da Ukraynanın işğalını davam etdirmək və nahəyət, Kiyevin “sınmasına” nail olmaqdır. Lakin belə görünür ki, nə Avropa, nə də ABŞ buna imkan verməyəcək…

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri