Nə qədər ki, təyinat və vəzifədə qohumluq, dostluq və... PA rəsmisindən maraqlı mesaj
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ölkədə hakimlərin sayı 600, 700, 800 də ola bilər, bu, əsas məsələ deyil".
Bu sözləri Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır, məhkəmə sisteminin müstəqilliyi çox önəmlidir: “Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminin müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək, bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaqdır”./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















