Icma.az
close
up
RU
Nə yesək çox yaşayarıq? Alimlər açıqladı

Nə yesək çox yaşayarıq? Alimlər açıqladı

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti sağlam qidalanma üçün “The Eatwell Guide” adlı bələdçi hazırlayıb.

Sağlamolun.az xəbər verir ki, bu bələdçi insanları düzgün qidalanmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaq məqsədi daşıyır. Təlimatlara əsasən, gündə beş porsiya meyvə və tərəvəz yemək, karbohidrat, şəkər, yağ və duz qəbulunu azaltmaq lazımdır. Bundan əlavə, mütəxəssislər kolbasa, sosis və şirin qazlı içkilərdən imtina edərək, su, qoz-fındıq və tam buğda məhsullarına üstünlük verməyi məsləhət görürlər.

Alimlər bu tövsiyələrə əməl olunmasının insan ömrünün uzunluğuna və sağlamlığına necə təsir edəcəyini öyrənməyə çalışıblar. Bunun üçün onlar yemək vərdişləri haqqında danışan 467 354 ortayaşlı könüllünün iştirakı ilə araşdırma aparıblar. Elm adamları daha sonra subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar. Sorğu bitəndən bir müddət sonra alimlər hansı iştirakçıların hansı yaşda öldüyünü qeyd ediblər.

Məlum olub ki, çoxlu emal olunmuş ət (kolbasa, sosis), unlu məmulatlar yeyən və tez-tez şəkərli qazlı içkilər içən insanlar daha sağlam pəhriz saxlayanlara nisbətən az yaşayırlar. Alimlər müəyyən ediblər ki, “The Eatwell Guide”nin tövsiyə etdiyi qoz-fındıq, tam buğda, meyvə və paxlalı yemək ömrü uzadır. Tədqiqatçılar deyirlər ki, yemək vərdişlərindəki kiçik müsbət dəyişikliklər belə (məsələn, şəkərin azaldılması) ömrün bir il uzadılmasına səbəb ola bilər. Onlar, həmçinin “The Eatwell Guide”ın bütün tələblərinə əməl edilən halda ömrünüzün səkkiz il uzanacağını iddia edirlər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri