Icma.az
close
up
RU
Nə yeyirsən, elə düşünürsən

Nə yeyirsən, elə düşünürsən

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Enerji beyin üçün qidadan gəlir, sağlam yemək, sağlam həyat deməkdir


Depressiya diaqnozu qoyulan insanlarda B6, C, D vitaminləri və dəmir çatışmazlığı müşahidə edilir. Bundan əlavə, maqnezium çatışmazlığının da depressiyaya səbəb olduğu bilinir.


Tədqiqatlar göstərir ki, xüsusilə "fast-food"la qidalanan insanların depressiya yaşama ehtimalı yüksək olur. Buna səbəb isə bədənin lazım olan vitamin və mineralları yetəri qədər qəbul etməməsidir. Yetəri qədər karbonhidrat qəbul edilmədikdə bədənin serotonin ifrazı zəifləyir və neqativ duyğu hiss etmə ehtimalı artır.

Əhvali-ruhiyyəni gümrah saxlamaq üçün, proteinli, yaşıllıqla zəngin, balanslı qida qəbulu tövsiyə olunur.  Mütəxəssislərin fikrincə, düzgün qidalanmaq psixi sağlamlıq üçün çox önəmlidir. Əgər kefiniz olmayanda iştahınız azalırsa və ya həddindən artıq çox yeməyə meyilli olursunuzsa, sizi daha yaxşı hiss etdirəcək qidalara üstünlük verə bilərsiniz.

Bəzi qidalar beyində xoşbəxtlik hormonlarının istehsalını artıraraq depressiya əlamətlərini yüngülləşdirə bilər. Yağlı balıqlar, məsələn, somon, skumbriya və sardinya, omeqa-3 yağ turşularına zəngindir. Bu yağlar beyində serotonin və dopamin səviyyəsini artırır. Qoz-fındıq və badam maqnezium və sağlam yağlar ehtiva edir. Onlar əsəb sistemini sakitləşdirir və gərginliyi azaldır. "Bitter" şokolad tərkibindəki flavonoidlər sayəsində qan dövranını yaxşılaşdırır və əhvalı yüksəldir. Yaşıl yarpaqlı tərəvəzlər, məsələn, ispanaq, kələm və brokoli fol turşusu ilə zəngindir. Bu, beyində kimyəvi balansı qorumağa kömək edir. Yulaf və digər tam taxıllar qan şəkərini sabit saxlayır, enerji verir və əhvalı tənzimləyir. Giləmeyvələr, çiyələk, yaban mersini və böyürtkən, antioksidantlarla zəngindir və stress hormonlarını azaldır. Probiotik məhsullar, qatıq, kefir və turşu kələmi, bağırsaq və beyin əlaqəsini gücləndirir və ümumi psixi sağlamlığa faydalıdır. Psixoloqlar bildirib ki, bu qidalar depressiyanı tam müalicə etmir. Amma sağlam həyat tərzi ilə birləşdirildikdə əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər.

Sherg.az  xəbər verir ki, mütəxəssis, klinik-psixoloq Merve Kırna deyib ki, nə yeməyi seçsəniz, ruhunuz da, vücudunuz da onunla qidalanır. Fiziki sağlamlıq və psixi sağlamlıq bir bütövün ayrılmaz hissələridir, ona görə də fiziologiyamız nə qədər sağlam olarsa, ruhən də bir o qədər sağlam olarıq: “Beynimizi düşüncələrimizi, davranışlarımızı və duyğularımızı idarə edən bir maşın kimi düşünsək, optimal işləməsi üçün enerjiyə ehtiyacı var və bu enerji qidadan alınaraq təmin edilir. İstifadə etdiyimiz qidalar nə qədər sağlam və faydalı olarsa, fizioloji sağlamlığımız və mənəvi dünyamız bir o qədər sağlam olar. Zərərli qidalar isə fizioloji sağlamlığımızı təhdid edə, bir çox psixoloji sıxıntılara, xüsusilə depressiyaya səbəb ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Avqust 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri