Icma.az
close
up
RU
Necə oldu ki, haqlı ola ola haqsız vəziyyətə düşdü?

Necə oldu ki, haqlı ola ola haqsız vəziyyətə düşdü?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında fevralın sonuncu günü yaşananlar dünya diplomatiya tarixinə ən qalmaqallı görüş kimi düşdü. 50-yə yaxın jurnalistin qarşısında 15 dəqiqədən bir qədər artıq çəkən danışıqlar və liderlərin gərgin polemikası sözsüz ki, hələ xeyli müzakirə mövzusu olacaq. 

Fikirlər təbii ki, fərqlidir. Bir qisim Zelenskiyə haqq qazandırsa da, əksəriyyət fərqli mövqedədir. Düzdür, Zelenski ölkəsinin haqlı mövqeyini ortaya qoydu. Lakin hansı formada – daha çox aqressiv və siyasətçiyə yaraşmayan tərzdə. Elə bu səbəbdən də çoxları bu qənaətə gəlib ki, Ukrayna lideri aşağılanmış vəziyyətə salındı və prezidentdən çox, şoumen, populist təsiri bağışladı. Düzdür, Zelenskinin vəziyyəti başadüşüləndir, ölkə müharibə nəticəsində ağır duruma salınıb. Lakin məsələ ondadır ki, Zelenski hisslərə qapılmamalı, özünü prezident kimi aparmalı idi. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində Zelenskinin danışıqların fiaskosuna görə üzr istəməli olduğunu deyib.

Bəs, əslində Zelenski bu danışıqlarda nə etməi idi? Şübhəsiz ki, ABŞ kimi fövqəldövlətin liderindən kömək və dəstək istəməli olduğu halda, çıxışını daha çox ittiham üzərində qurdu. Ən böyük səhvi də məhz bu oldu. Məsələn, indiki ABŞ liderindən tələb edir ki, ona təhlükəsizlik təminatı verilsin. Sual olunur, axı niyə bu tələbi əvvəlki ABŞ lideri Cozef Baydendən istəmədin? Axı səni müharibəyə sürükləyənlər arasında Bayden hakimiyyəti də olub. Son üç ildə niyə bunu Baydendən istəmirdin? Buna imkanın da olub. Məsələn, 2023-cü ilin dekabrında, NATO-nun Vilnüs sammiti çərçivəsində Zelenski və Bayden arasında görüş oldu. Həmin görüşdə Zelenski ondan bu təminatı istəyə bilərdi.  

Bundan əlavə, Zelenskinin davranışları da ciddi təsir bağışlamadı. Əslində, o çıxışını Bayden hakimiyyətinin tənqidi üzərində qura bilərdi. Bunu etmək əvəzinə çıxışlarını Trampın tənqidi üzərində qurdu. Nəticədə, özü haqqında ABŞ-də çox pis rəy buraxmış oldu. 

Yeri gəlmişkən, Zelenskinin ən ciddi səhvi həm də bu oldu ki, onun Amerikanı nədə ittiham etdiyi dəqiq bilinmədi. Bəli, Ukrayna bu gün işğala məruz qalan dövlətdir, ərazisinin böyük bir hissəsi işğal altındadır, yüz minlərlə vətəndaşı həlak olub, şəhərlər dağıdılıb, yerlə-yeksan olub. Bunun təqsirkarı Rusiya və onun işğal siyasəti olsa da, hər halda, məsələnin digər tərəfi də var.

Günah həm də Kiyev hakimiyyətini bu müharibəyə cəlb edən Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlardadır. Söhbət xüsusən də əvvəlki hakimiyyətdən, konkret olaraq, Cozef Baydendən və onun komandasından gedir. Ukraynanı Rusiya ilə müharibəyə sövq edən əvvəlki hakimiyyətin vədlərinə uyuldu və nəticə də göz önündədir. Nə Ukraynaya vəd edilən silahlar çatdırıldı, nə də digər məsələlər - NATO-ya və Avropa İttifaqına üzvlük reallaşdı. Sadəcə vədlər verildi. 

Ukraynanı müharibəyə sürükləyən Baydenin söylədiyi fikri yada salsaq, yerinə düşər. Məsələn, prezidentliyinin son dönəmlərində bildirmişdi ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil. Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını demişdi. Hətta bildirmişdi ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivi ilə bağlı fikir ayrılığına malikdirlər. 

Zelenskinin Baydeni tənqid etməməsinin səbəbi ola bilsin, onun oğlu Hanter Baydenin Kiyevdə biznes şəraiti yaratmasıdır. H.Bayden və onun biznes tərəfdaşları üçün Ukraynada əla şərait yaradılıb. Tramp birinci prezidentliyi dövründə Ukrayna prezidentinə Co Baydenlə əlaqədar korrupsiya halını araşdırmağa kömək etməklə bağlı çağırış etdi. Trampın şəxsi vəkili Rudi Culiani də Ukrayna rəsmilərini Baydenlə bağlı təhqiqat aparmağa çağırdı. Amma istənilən nəticə olmadı. Xatırladaq ki, Hanter Bayden 2014-cü ildə “Burisma” holdinqin idarə heyətinin üzvü elan edilib.

Ukrayna ilə bağlı yaşananlar şübhəsiz ki, çoxları üçün dərs olacaq. Qərb və onun strukturları isə uzun illər hər vəchlə buna çalışdılar. Qərb konkret olaraq postsovet məkanında Azərbaycan, Gürcüstan və Moldovaya qarşı bu cür planı həyata keçirməyə çalışdı. Lakin Azərbaycan bu oyuna getmədi, öz milli mənafeyini hər şeydən üstün tutdu. 

Əminliklə deyə bilərik ki, əksəriyyət Ukraynanın timsalında çox məsələyə şahid oldu. Ən əsası, onu müharibəyə təhrik edənlərin kənarda durub necə müşahidə etdiklərini gördülər. Artıq Gürcüstan da Ukraynada baş verənlərdən nəticə çıxarmağa başlayıb. Tbilisi hakimiyyəti Saakaşvili xətti deyil, çoxvektorlu siyasətə üstünük verir. Şübhəsiz ki, Gürcüstan hakimiyyəti Ukraynanın acı təcrübəsi deyil, Azərbaycanın nümunəsindən yararlanmağa üstünlük verib.

Azərbaycan torpaqları uzun illər işğal altında oldu, ölkə heç zaman bununla barışmayacağını bəyan etdi. İlk gündən torpaqların sülh və danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bəyan etdi. Prezident İlham Əliyev də bütün beynəlxalq tribunalardan münaqişənin sülh yolu ilə həllinə çalışıldığını dilə gətirdi. Əksəriyyət də müharibə başlayan ərəfədə Azərbaycanın mübarizəsinin haqq işi olduğu bildirdilər.

Fransa istisna olmaqla, digər dövlətlər Azərbaycana qarşı hər hansı bir sərt bəyanat səsləndirmədilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşdü. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini bərpa etməyə müvəffəq oldu.

Son olaraq sadəcə onu deyə bilərik ki, Zelensinin qalmaqallı səfəri haqlı ola-ola haqsız vəziyyətə necə düşə bilməyi göstərdi. Təəssüf ki, Ukrayna lideri bu mövqeni gücləndirmək üçün əlindən gələni edir.(Report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri