Icma.az
close
up
RU
“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?” Etiraz

“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?” Etiraz

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının fantastik səviyyədə yüksəldilməsi ağlasığmazdır. Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?"

Bu sözləri "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev deyib.

O vurğulayıb ki, Azərbaycan təhsil sistemi ölkə müstəqillik qazandıqdan indiyə qədər irəliləyişlər əldə edilməyib: Dominos pizza

“Heç bir ölkənin ali təhsil sistemi ayrıca ada kimi fəaliyyət göstərmir. Təcrübələr öyrənilir, professor-müəllim mübadiləsi həyata keçirilir. Yəni ali təhsil ölkədə insan kapitalına məsuldur.

Özəl ali təhsil müəssisələri yarananda güman edirdik ki, bu sahədə dövlət universitetləri ilə rəqabət olacaq. Bu baş vermədi. Yəni özəl universitetlər özəl mülkiyyət kimi idarə olundu.

Doğrudur, onları ayrı-ayrı fərdlər açır, amma dövlət ali məktəblərində, xüsusən, köhnə universitetlərdə inkişaf meyilləri demək olar ki, hiss olunmur. Təhsil haqlarına gəlincə, bütün dünyada çalışırlar ki, təhsili pulsuz olsun. Yetərincə nümunə var. Hətta elə ölkələr var ki, təhsil haqları çox yüksəkdir, amma onu universitet, xeyriyyə fondları ödəyir. Söhbət istedadın itməsindən, yoxa çıxmasından gedir”. 

Etibar Əliyev qeyd edib ki, Azərbaycan Tibb Universitetində təhsil haqlarının fantastik səviyyəyə çatdırılması ağlasığmazdır:

“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır? Dövlət sifarişi ilə təhsilin qiyməti ödənişli təhsilin qiymətindən bahadır - 9 min manat. Yəni dövlət 1 tələbəyə 9 min manat ödəyir. Ödənişli əsaslarla təhsil alan şəxs isə 6 min 500 manat ödəyir. Yəni dövlətdən 2500 manat daha çox vəsait qoparırlar.

Heç bir keyfiyyət dəyişikliyi olmadığı halda, ödənişlər niyə artırılmalıdır? Bunu klinikalara, xəstəxanalara gedən hər kəs görür. Vəsait çox böyükdür, bunun müqabilində mütəxəssis hazırlığı zəif! 

Digər ali məktəblərdə də təhsil haqlarını qaldırıblar, amma bu addım ixtisas seçimi ərəfəsində olmamalı idi. Bu əsaslandırılmalıdır: Universitetin güzəşti varmı? Yataqxana şəraiti, tələbələrin qidalanması necədir? Bunlar hamısı izah olunmalıdır.

20 ildir ki, bütün elm sahələri üzrə alim yetişdirməkdə problemlər var. Bunu hamı bilir. Əksər dissertasiyalar başqalar plagiatdır. Belə “alim” adı alanlar, tədris prosesini necə keyfiyyətli həyata keçirə bilərlər?!”

Xatırladaq ki, yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, “Tibb” ixtisası üçün 6500 manat, “Stomatologiya” ixtisası üçün 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5000 manat olaraq dəyişdirilib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri