Icma.az
close
up
RU
Bayramlar üst üstə düşərsə məzuniyyət ödənişi necə hesablanır?

Bayramlar üst üstə düşərsə məzuniyyət ödənişi necə hesablanır?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və bu günlərə görə pul ödənilmir.

Əmək Məcəlləsində məzuniyyətin müddətinin isə bu günlərin sayı qədər uzadıldığı qeyd edilib.

Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər 1 gün hesabı ilə nəzərə alınır.

Daha sadə dildə desək, rəsmi bayramlar, ümumxalq hüzn günü və səsvermə günləri məzuniyyət günlərinə daxil edilmir. Yəni, işçi həmin günləri məzuniyyət kimi saymır və bu günlər üçün ayrıca ödəniş də verilmir.

Bu qaydanın tətbiqi zamanı belə bir dəyişiklik olur: əgər məzuniyyət müddətinə belə qeyri-iş günləri düşərsə, məzuniyyətin bitmə tarixi həmin günlərin sayı qədər irəli çəkilir. Başqa sözlə, işçi işə daha gec qayıdır.

Məsələn, bir işçi 20 fevral tarixindən etibarən 20 günlük məzuniyyətə çıxır. Bu müddət ərzində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün məzuniyyətə daxil edilmədiyi üçün işçinin istirahəti bir gün uzanır. Nəticədə o, əvvəlcədən planlaşdırıldığı kimi martın 12-də deyil, martın 13-də işə qayıdır.

Başqa bir hal isə bayramların üst-üstə düşməsi ilə bağlıdır. Əgər məzuniyyət dövründə Qurban və ya Ramazan bayramları başqa bir rəsmi bayram günü ilə eyni günə təsadüf etsə, bu günlər ayrı-ayrılıqda yox, birlikdə yalnız bir gün kimi hesablanır. Yəni məzuniyyət müddəti yalnız bir gün uzadılır.

Məsələn, bu il 20-21 mart tarixlərində qeyd olunan Novruz Bayramı ilə Ramazan bayramı eyni günlərə düşür. Bu halda məzuniyyət 4 gün deyil, cəmi 2 gün artırılır.

Xatırladaq ki, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Qeyd edək ki, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. (Trend)

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Fevral 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri