Icma.az
close
up
RU
Necə sağlam arıqlamaq olar? Həkimdən MƏSLƏHƏT

Necə sağlam arıqlamaq olar? Həkimdən MƏSLƏHƏT

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Sağlam arıqlama prosesi bir qədər uzun çəkdiyi üçün bəzi insanlar səbirsizlik göstərir. İnsan sağlam və uzun ömür sürmək istəyirsə, bu məsələyə ciddi yanaşmalıdır. Əgər insan 40 yaşdan aşağıdırsa, “uzunömürlülük” anlayışını tam dərk etməyə bilər. Lakin 40 yaşdan sonra müxtəlif xəstəliklər üzə çıxdıqca sağlamlığın nə qədər vacib və əvəzsiz olduğu daha aydın görünür".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim qeyd etdi ki, bu insanlar üçün əsas məqsəd arıqlamaq və optimal bədən çəkisini qorumaqdır:

"Bu göstərici bədən çəki indeksi ilə ölçülür. Bəzən insan özünü artıq çəkili hesab edə bilər, lakin bunu dəqiq müəyyən etmək üçün bədən çəki indeksi kalkulyatorundan istifadə etmək lazımdır. Bu hesablamadan sonra əgər çəki normadan artıqdırsa, onunla mübarizə aparmaq vacibdir. Artıq çəki orqanizmdə toplanmış yağ deməkdir. Bu yağdan qurtulmağın yeganə yolu onu xərcləməkdir. Bunun üçün iki əsas yanaşma mövcuddur, birincisi, qəbul edilən kalorini azaltmaq, ikincisi isə mövcud enerjini fiziki aktivliklə yandırmaq. Bu iki proses paralel aparılmalıdır. İnsan qidalanmasına nəzarət etmirsə, təkcə idmanla nəticə əldə etmək mümkün deyil.

Bu səbəbdən mütəxəssislər həm fiziki aktivliyi, həm də sağlam qidalanmanı birlikdə tövsiyə edir. Sağlam qidalanma balanslı olmalıdır. Yağ qəbuluna icazə verilir, lakin düzgün seçim etmək vacibdir. Məsələn, kərə yağı və zeytun yağı qəbul oluna bilər. Qida rasionunda zülallar üstünlük təşkil etməlidir: toyuq əti, digər quş ətləri, balıq və həftədə bir-iki dəfə yağsız qırmızı ət. Karbohidratlar isə daha az miqdarda qəbul edilməlidir. Bununla yanaşı, yaz mövsümündə bol tərəvəz, göyərti və meyvə qəbul etmək tövsiyə olunur. Bu qidalar həm sağlamlıq, həm də uzunömürlülük üçün faydalıdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri