Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Necə unudum səni? Əvəzolunmaz bəstəkar Oqtay Rəcəbovun həyatına baxış

Necə unudum səni? Əvəzolunmaz bəstəkar Oqtay Rəcəbovun həyatına baxış

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Dostları musiqinin ən müxtəlif janrlarında əsər yazan bəstəkar Oqtay Rəcəbovun fədakar insan olduğunu deyirlər. O, narazılığı olanda da, xəstələnəndə də pozitivliyini qoruyub saxlayan insan olub.

Azərbaycanın mədəniyyətini, musiqisini dünyaya tanıdan sənətkarlardan olub Oqtay Rəcəbov. Bəstəkar, alim və pedaqoq kimi şərəfli ömür yaşayıb. Musiqinin ən müxtəlif janrlarında əsərlər yazıb, bir çox musiqi dərsliklərinin müəllifi olub. Şirin, qəlboxşayan mahnıları Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, Yalçın Rzazadə kimi müğənnilərin ifasında səslənib.

Oxu.Az "Kaspi" qəzetinə istinadla "Onun mahnılarında unudulmaz melodiyalar vardı", - deyən sənət dostları ilə birlikdə görkəmli bəstəkarı 5 aprel - doğum günündə anır.

"Təəssüf ki, layiqli qiymətini almadı"

"Baxmayaraq ki, yaş fərqimiz çox idi, amma biz dost olmuşuq", - deyə Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu mərhum bəstəkarı xatırlayır: "Təsəvvür edin, mənim 17 yaşım vardı. Bəstəkar Telman Hacıyevlə dostluq edirdim. Bir gün Telman müəllimin evində idim, Oqtay müəllim də gəldi. "Maestro, təzə bir mahnı yazmışam", - deyə pianoda "Sevərsənmi?" mahnısını çaldı. "Bəs sözləri hanı?"- deyə Telman soruşdu. "Bu, hələ melodiyasıdır, sözlərini yazdıracam", - dedi. Telman müəllim də "Niyə yazdırırsan, şair oturub böyründə", - dedi. Mən də utancaq kənd uşağı idim, birinci kursda oxuyurdum. "Yazaram", - dedim. Dedilər ki, elə indi çıx balkona, yaz gətir. Mənim Oqtay Rəcəbovla ilk mahnım elə orada yarandı. Həmin mahnını ölməz müğənnimiz Şövkət Ələkbərova oxudu. Sonra da çox tanınmış müğənnilər ifa elədi. Bizim Oqtay müəllimlə yaradıcılıq işbirliyimiz və dostluğumuz bir gündə başladı". B.Vəziroğlu deyir ki, mərhum bəstəkarla sonuncu işi Akademik Musiqili Teatrda səhnəyə qoyulan "Əliqulu bu gün evlənir" tamaşası olub: "Biz Oqtay müəllimlə o tamaşaya 22 mahnı yazdıq. Ancaq bizim məmurlar tamaşanın səhnəyə qoyulmasını o qədər uzatdılar ki, Oqtay Rəcəbov təqdimatı görmədi. Biz onunla İkinci Vətən müharibəsinə həsr olunan "Zəfər" oratoriyasını da yazdıq. Təəssüf ki, pandemiya dövründə itirdiyimiz dəyərli insanlardan biri də Oqtay müəllim oldu..." B.Vəziroğlu mərhum bəstəkarın qarşılaşdığı haqsızlıqları da xatırlayır: "Oqtay Rəcəbov İncəsənət Gimnaziyasının banisi idi. Xeyli istedadlı gənci təmənnasız olaraq gimnaziyaya cəlb etmişdi. "Sən gimnaziyanın qapısına qədər gətirirsən, qalan işlər uşaqdan asılıdır", - deyirdi. Oqtay müəllim gimnaziya üçün əlindən gələni edirdi. Mükafatı da o oldu ki, şərləyib işdən çıxardılar. Onun "Xalq artisti" fəxri adı almasına da mane oldular. Təəssüf ki, Oqtay müəllim layiqli qiymətini almadı. O, şərəfli, eyni zamanda kədərli bir həyat yaşadı".

"Onsuz günlərimizə "heyif" deyirəm!"

Xalq artisti Flora Kərimova bəstəkarın ən gözəl mahnılarının ifaçısı olub. Onların işbirliyi uzun illər davam edib. İndi müğənni "Kimin ağlına gələrdi ki, nə vaxtsa o olmadan haqqında danışacağam", - deyə kədərlə bildirir: "Oqtay mənim musiqi taleyimdə əvəzi olmayan bəstəkarlardan olub. Onun "Necə unudum səni", "Sevgilim", "Apar məni", "Sirli könül", "Həyat eşqi", "Vətən torpağı, "Araz bayatıları" və s. mahnılarını böyük şövqlə oxumuşam. Bu mahnıları öz yazdığım mahnı, qəlbimin səsi kimi ifa etmişəm. İndi Oqtaydan danışanda səsim də batır. Onsuz günlərimizə "heyif" deyirəm!"

Səhnə həllini gözləyən əsərlər

Tanınmış uşaq yazıçısı, şair, publisist Sevinc Nuruqızı xatırlayır: "2007-ci il idi. "Təhsil" nəşriyyatında işə başlamışdım. İlk tanış olduğum müəllif bəstəkar Oqtay Rəcəbov oldu. Orta ümumtəhsil məktəbləri üçün "Musiqi" dərsliyi üzərində işləyirdik. O, musiqi dərsliyinin müəllifi, mən isə redaktoru idim. Şən, səmimi, zarafatcıl idi. Xırda narazılığı olanda da, xəstələnəndə də pozitivliyini qoruyub saxlayar, zarafatından qalmazdı. Düşünürdün ki, yəqin belə gözəl cəhətlərə sahib olduğuna görə mahnıları şirin, həzin, qəlbəyaxındır. Bu mahnıları hər kəs öz qəlbinin nəğməsi kimi ifa edə bilər. Bəzən mahnılarının taleyindən söhbət açardı. Onu dinlədikcə əmin olardın ki, hər mahnıda insan ömrünün bir parçası əbədiləşib. "Necə unudum səni?" kimi lirik sevgi nəğməsini kimə ünvanlandığından danışırdı. O qızın nəyə görə onu seçmədiyindən təəssüflənər, ilk sevgisini yaşadığı illərə dönərdi. Həmişə yeni ideyalarla dolu olardı Oqtay müəllim. Hər dəfə yeni təkliflə gələr, deyərdi ki, bu mövzuda nə yaza bilərsən? Yazardım, oxuyan kimi sevinərdi, "səndən yaxşı mənim istədiyimi anlayan yoxdur", - deyərdi. Onunla birgə işimiz təkcə dərslik, dərs vəsaitləri ilə bitmədi. Uşaqlar üçün əhəmiyyətli yeni əsərlər yarandı. Həmişə uşaq musiqisində irihəcmli musiqi əsərlərinin yoxluğundan gileylənirdi. Bir gün məndən xalq nağılı əsasında yazılmış libretto istədi. "Sərçə" nağılını seçdik. Bu nağıla yazdığım libretto əsasında "Sərçəciyin sərgüzəştləri" adlı uşaq operasını bəstələdi. 2015-ci il mayın 28-də Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bəstəkarlar İttifaqında operanın təqdimatı baş tutdu. "Sərçənin sərgüzəştləri" eyni zamanda, həm "Bənövşə" uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alındı". S.Nuruqızı "Bahar qız əfsanəsi" operasının yaranmasını da xatırlayır: "Bir dəfə mənə "Gəl, baharın gəlişini, Novruz adət-ənənələrimizi incələyəcək əsər yazaq. Sən librettosunu, mən musiqisini… Bu da olsun xalqa Novruz töhfəsi..." - dedi. Maraqlı süjeti olan əsər üzərində birlikdə işlədik. Beləcə, hələ də tam səhnə həllini tapmamış "Bahar qız əfsanəsi" operası yarandı. İncəsənət Gimnaziyasının şagirdləri musiqi müsabiqəsinə təqdim etmək üçün operadan 20 dəqiqəlik parça hazırladılar. Amma operanın tam səhnələşdirilməsi çox böyük əmək və vəsait tələb edir. Təəssüf ki, bu günədək reallaşmayıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri