Nəcəf Nəcəfovun barelyef oğurlandı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Anews.az-a istinadən xəbər verir ki, vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.
Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.
Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.
1999-cu ildə vəfat edib.
2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.
Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















