Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

Gündə neçə banan yemək olar? Faydaları

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işi

Sabah, aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Tribunainfo.az xəbər verir ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq işçisidir. O, 42 milyon manatlıq mənimsəmədə ittiham olunur. Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunub. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Ötən prosesdə “Bakı” jurnalı və “Ata Bank”da mühasib işləyən Mürsəl Əliyev ifadə verib. Deyib ki, vergi orqanına “Şahin CO” MMC-nin vergi hesabatlarını təqdim edib.

Onun sözlərinə görə, şirkət fəaliyyət göstərmədiyindən boş hesabatlar verib. Mürsəl Əliyev bildirib ki, Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanıyıb, onunla 3-4 dəfə görüşləri olub. O, işdə adı keçən Dmitri adlı şəxsi heç vaxt görmədiyini və tanımadığını deyib. Mürsəl Əliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, “Ata Bank”da mühasib işlədiyi dövrdə “AES kapital” MMC-ni təsis edib. Onun ifadəsinə görə, bu MMC-ni “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə yaradıb. Onun sözlərinə görə, MMC-nin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub. Mürsəl Əliyev ibtidai istintaqa ifadəsində göstərib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini keçmiş vergilər naziri Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. Onun ifadəsinə görə, ilk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib. Növbəti şahid “Ata Bank” Müşahidə Şurasının üzvü İltifat Ağayev olub. O, məhkəmədə verdiyi ifadəsində bildirib ki, 1997-ci ildən “Ata Bank”da işləməyə başlayıb, daha sonra bankın Müşahidə Şurasının formal olaraq üzvü olub. Onun sözlərinə görə, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın Müşahidə Şurasında yox, kənarda edilib. İltifat Ağayev qeyd edib ki, böyük məbləğdə kreditin ayrılması ilə bağlı müzakirələrdə iştirak etməyib. Amma sorğu-sual zamanı məlum olub ki, kreditin ayrılması bankın Müşahidə Şurasında müzakirə edilib, İltifat Ağayev də bununla bağlı protokola imza atıb. Həmin imzalanmış sənədlər şahidə təqdim edilib.

Şahid bildirib ki, müzakirələrdə iştirak etməsə də, sonradan ona göstərilən sənədlərə imza atıb. Məhkəmədə o da məlum olub ki, bankın Müşahidə Şurasının üzvlərindən yalnız Türkiyə vətəndaşı Əhməd Ərəntokün imzası olmayıb. Bu zaman İltifat Ağayev deyib ki, həmin sənədə imza atmaq onun nöqsanı olub.

Qeyd edək ki, Zahid Niftəliyev 2 il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir. İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see210

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see183

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see171

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see139

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see127

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see124

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see118

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

21 Noyabr 2025 15:58see118

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri