Icma.az
close
up
RU
NƏDƏN QƏZAYA DÜÇAR OLDUN? (Elegiya)

NƏDƏN QƏZAYA DÜÇAR OLDUN? (Elegiya)

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

22 noyabr 2024-cü il! Bu tarix bir dost itkisinin, istedadlı həmkar, dəyərli bir gənc, tanıyan hər kəsin sevimlisi Əlidursun İsayevin avtomobil qəzasında dünyasını dəyişdiyi gündür. 40 gün keçir.

Həmişə onun uğur hekayələrini, fərqli təhsil göstəricilərini paylaşardıq. Bu gün isə...

Nə yazım, nə deyim? Axı, ölüm ona yaraşmırdı!  İşləri, arzuları sonsuz idi. Əvvəlki gün iki dəfə danışmışdıq, bölüşmüşdük! Nədən bu faciəyə düçar oldu?! Nədən vaxtsız qəzavü- qədərə tuş gəldi?! Heyif ondan, çox heyif!

TƏRCÜMEY-HALINDAN:

İsayev Əlidursun Feyruz oğlu 1991-ci ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub.

Həmin kənddə orta təhsil alıb. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakultəsində oxuyub.Təhsil illərində Univeristetin və Gəncə şəhərinin ictimai həyatında yaxından iştirak edib. Tələbə elmi işinə görə Univeristet rektorluğunun, "Gəncə şəhəri gənclərin gözü ilə" sorğu-müsahibəsində isə İcra Hakimiyyətinin fəxri fərmanlarını alıb.

2014 -cü tədris ilində MİQ-dən yüksək bal toplayaraq ixtisası üzrə İmişli rayonunun Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ildə İmişli rayon Təhsil Şöbəsinə metodist dəvət edilib və bir neçə aydan sonra isə direktorların işə qəbul qaydalarına uyğun olaraq doğulub boya-başa çatdığı kəndə- İmişli rayon R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunub. Dünyasını dəyişməmişdən bir neçə gün əvvəl isə Regional İdarədə işləməyə başlamışdır.

KİÇİK BİR HAŞİYƏ: Əlidursun müəllim ilk təyinat yerində elə bir hörmət, elə bir izzət qazanmışdı ki, 02 dekabr 2019-cu il tarixdə təyinat yerini dəyişib başqa bir ünvana - R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunanda kollektivi sevinsə də, dərs dediyi, sinif rəhbəri olduğu şagirdlər göz yaşı tökdülər.

Sanki hər bir uşaq düşürdü: Bizim müəllim hara getdi, niyə getdi?!.. Budur öyrənən-öyrədən münasibətlərində əsl sevgi, əsl məhəbbət! Budur yaxşı müəllimliyin ən uca məqamı, ən uca təntənəsi!..

ÖZÜNÜN ZAMANINDA DEDİKLƏRİ: "...Nə gözəl ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində kadr islahatları davamlı və şəffafdır. Nə gözəl ki, kadr seçmi, kadra münasibət bilik və bacarığa, səriştəliliyə görədir. Yeni təyinatıma görə nazirlikdə kadr siyasəti ilə məşğul olan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. Çalışacağam ki, vəzifə funkusiyamın icrasında məsuliyyətli olum, üzərimə düşən işləri şərəflə yerinə yetirim. Bu arada onu xüsusi olaraq vuruqlamaq istəyirəm ki, məktəb direktoru kimi ilk təyinat yerimdə kollektivin ənənəsindən, yaşanan sağlam ab-havadan, pedaqoji prosesdən öyrəndiklərim hər zaman köməkçim olacaq..."

 ...Əlidursun müəllim uşaqlıqdan Azərbaycan təbiətinə, onun coğrafiyasına məftun olub. Kürlə-Araz çaylarını köksündə sehrləyən, Millə-Muğana qoynuda qovşaq verən doğma İmişlinin təbiəti, meşə örtüyü, ecazkar gözəllikləri barədə maraqlı düşüncələri, məqalələri var. Apardığı müşahidələr, yazdığı gündəliklər tədris zamanı da onun köməyinə çatırb. Kim bilir, bəlkə də coğrafiya müəllimi olmaqda, peşəsinə sonsuz məhəbbətdə bu təbiət məftunluğu, Vətən-yurd sevgisi əsas olub?! Kim bilir, onu deyə bilmərəm! Onu bilirəm ki, Əlidursun müəllim təpədən-dırnağacan ziyalılığı özündə əks etdirən, ünsiyyətdə olduğu insana sevgi aşılaya bilən, insanlıq məqamında və anlamında yetərli bir gənc kimi təsdiqləmiş insan idi. Bir qədər dərinə gedəndə söylədiklərimin kökündə mükəmməl ailə tərbiyəsi durduğu fikrinə gəlməmək mümkün deyil. Məhz ona görə də bütün uğurlarında ailə tərbiyəsi, valideynlərini şəxsi nümunəsi  köməkçi olub.

Mən bu yazını 40 gün onun yoxluğunun acısını yaşayaraq, özümdə güc tapıb yazıram. Hardasa belə bir fikir var: Həyatda hər şey naməlumdur, məlum olan isə ölümdür və o haqqdır! Onun isə ölüm vaxtı, haqqa qovuşmaq zamanı deyildi. Zamansız ölüm təhsil ictimaiyyətini, el-obanı, dostlarını çox sarsıtdı. Hər dəfə onlara gedəndə atası Feyruz kişinin, anansı Şəkər xanımın, gül balalarının, ailə üzvlərinin siziltısı yerə- göyə sığmayıb, ürəyimizi dağlayır! Bütün hissiyyatımızla üzülürük! Hər zaman bu üzüntü, onun parlaq və bənzərziz xatirəsi qəlbimizdı olacaq. Heyif ondan!

Allah rəhmət eləsin!

Ruhu şad, məkanı cənnət olsun!

Səxavət TAĞLAR.

Əməkdar müəllim.

MIA.AZ
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri