Icma.az
close
up
RU

Nədən qəzaya düçar oldun?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elegiya

22 noyabr 2024-cü il! Bu tarix bir dost itkisinin, istedadlı həmkar, dəyərli bir gənc, tanıyan hər kəsin sevimlisi Əlidursun İsayevin avtomobil qəzasında dünyasını dəyişdiyi gündür. 40 gün keçir.

Həmişə onun uğur hekayələrini, fərqli təhsil göstəricilərini paylaşardıq. Bu gün isə...

Nə yazım, nə deyim? Axı, ölüm ona yaraşmırdı! İşləri, arzuları sonsuz idi. Əvvəlki gün iki dəfə danışmışdıq, bölüşmüşdük! Nədən bu faciəyə düçar oldu?! Nədən vaxtsız qəzavü-qədərə tuş gəldi?! Heyif ondan, çox heyif!

TƏRCÜMEY-HALINDAN: İsayev Əlidursun Feyruz oğlu 1991-ci ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakultəsində oxuyub. Təhsil illərində Univeristetin və Gəncə şəhərinin ictimai həyatında yaxından iştirak edib. Tələbə elmi işinə görə Univeristet rektorluğunun, "Gəncə şəhəri gənclərin gözü ilə" sorğu-müsahibəsində isə İcra Hakimiyyətinin fəxri fərmanlarını alıb. 2014 -cü tədris ilində MİQ-dən yüksək bal toplayaraq ixtisası üzrə İmişli rayonunun Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ildə İmişli rayon Təhsil Şöbəsinə metodist dəvət edilib və bir neçə aydan sonra isə direktorların işə qəbul qaydalarına uyğun olaraq doğulub boya-başa çatdığı kəndə - İmişli rayon R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunub. Dünyasını dəyişməmişdən bir neçə gün əvvəl isə Regional İdarədə işləməyə başlamışdı.

KİÇİK BİR HAŞİYƏ: Əlidursun müəllim ilk təyinat yerində elə bir hörmət, elə bir izzət qazanmışdı ki, 2 dekabr 2019-cu il tarixdə təyinat yerini dəyişib başqa bir ünvana - R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunanda kollektivi sevinsə də, dərs dediyi, sinif rəhbəri olduğu şagirdlər göz yaşı tökdülər. Sanki hər bir uşaq düşünürrdü: Bizim müəllim hara getdi, niyə getdi?!.. Budur öyrənən-öyrədən münasibətlərində əsl sevgi, əsl məhəbbət! Budur yaxşı müəllimliyin ən uca məqamı, ən uca təntənəsi!..

ÖZÜNÜN ZAMANINDA DEDİKLƏRİ: "...Nə gözəl ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində kadr islahatları davamlı və şəffafdır. Nə gözəl ki, kadr seçmi, kadra münasibət bilik və bacarığa, səriştəliliyə görədir. Yeni təyinatıma görə nazirlikdə kadr siyasəti ilə məşğul olan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. Çalışacağam ki, vəzifə funkusiyamın icrasında məsuliyyətli olum, üzərimə düşən işləri şərəflə yerinə yetirim. Bu arada onu xüsusi olaraq vuruqlamaq istəyirəm ki, məktəb direktoru kimi ilk təyinat yerimdə kollektivin ənənəsindən, yaşanan sağlam ab-havadan, pedaqoji prosesdən öyrəndiklərim hər zaman köməkçim olacaq..."

...Əlidursun müəllim uşaqlıqdan Azərbaycan təbiətinə, onun coğrafiyasına məftun olub. Kürlə-Araz çaylarını köksündə sehrləyən, Millə-Muğana qoynuda qovşaq verən doğma İmişlinin təbiəti, meşə örtüyü, ecazkar gözəllikləri barədə maraqlı düşüncələri, məqalələri var. Apardığı müşahidələr, yazdığı gündəliklər tədris zamanı da onun köməyinə çatıb. Kim bilir, bəlkə də coğrafiya müəllimi olmaqda, peşəsinə sonsuz məhəbbətdə bu təbiət məftunluğu, Vətən-yurd sevgisi əsas olub?! Kim bilir, onu deyə bilmərəm! Onu bilirəm ki, Əlidursun müəllim təpədən-dırnağacan ziyalılığı özündə əks etdirən, ünsiyyətdə olduğu insana sevgi aşılaya bilən, insanlıq məqamında və anlamında yetərli bir gənc kimi təsdiqləmiş insan idi. Bir qədər dərinə gedəndə söylədiklərimin kökündə mükəmməl ailə tərbiyəsi durduğu fikrinə gəlməmək mümkün deyil. Məhz ona görə də bütün uğurlarında ailə tərbiyəsi, valideynlərinin şəxsi nümunəsi köməkçi olub.

Mən bu yazını 40 gün onun yoxluğunun acısını yaşayaraq, özümdə güc tapıb yazıram. Hardasa belə bir fikir var: Həyatda hər şey naməlumdur, məlum olan isə ölümdür və o haqqdır! Onun isə ölüm vaxtı, haqqa qovuşmaq zamanı deyildi. Zamansız ölüm təhsil ictimaiyyətini, el-obanı, dostlarını çox sarsıtdı. Hər dəfə onlara gedəndə atası Feyruz kişinin, anası Şəkər xanımın, gül balalarının, ailə üzvlərinin siziltısı yerə- göyə sığmayıb, ürəyimizi dağlayır! Bütün hissiyyatımızla üzülürük! Hər zaman bu üzüntü, onun parlaq və bənzərziz xatirəsi qəlbimizdı olacaq. Heyif ondan!

Allah rəhmət eləsin!

Ruhu şad, məkanı cənnət olsun!


Səxavət TAĞLAR,
Əməkdar müəllim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri