“Nəfəs alma zamanı ağciyərlərə çatan asbest lifləri xroniki iltihab və fibroz yaradaraq asbestozisin inkişafına yol açır”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına uzman doktor Çağla Xurşud Hüseynova bildirib ki, asbest keçmişdə geniş istifadə olunsa da, bu gün insan sağlamlığı üçün son dərəcə təhlükəlidir: “Asbest (amyant maddəsi) elastik və lifli xüsusiyyətlərə malik, mineral liflər qrupudur. Asbest eyni zamanda silikat kimi tanınır və amfibol və serpentin olmaqla iki əsas qrupa bölünür.
Asbest kimyəvi maddələrə, yüksək temperaturaya və aşınmaya qarşı son dərəcə davamlıdır. Elektrik keçirməyən, yanmayan və möhkəm quruluşu səbəbindən keçmişdə gəmiçilik, avtomobil və tikinti sektorlarında izolyasiya materialı kimi geniş şəkildə istifadə olunmuşdur. Asbest keçmişdə geniş istifadə olunsa da, bu gün insan sağlamlığı üçün son dərəcə təhlükəli olduğu elmi cəhətdən sübut edilmişdir. Mikroskopik və davamlı quruluşa malik asbest lifləri tənəffüs yolu ilə ağciyərlərə daxil olaraq geri dönməz toxuma zədələnməsinə səbəb olur. Nəfəs alma zamanı ağciyərlərə çatan asbest lifləri xroniki iltihab və fibroz yaradaraq asbestozisin inkişafına gətirib çıxarır, plevrada isə plevral plaklar və qalınlaşma əmələ gətirir. Ağciyər xərçəngi və malign mezotelioma asbestin ən ağır nəticələrindəndir. Bu xəstəliklər adətən məruz qaldıqdan 20–40 il sonra üzə çıxabilir və asbesti səssiz, lakin ölümcül təhlükəyə çevirir”.
həkim, pulmonoloq Çağla Xurşud Hüseynova
“Asbest üçün təhlükəsiz məruz qalma səviyyəsi mövcud deyil. Xüsusilə nəzarətsiz söküntü və təmir işləri zamanı həm işçilər, həm də əhali ciddi risk altındadır. Ümumdünya Səhiyyə Təşkilatı asbestlə bağlı xəstəliklərin tamamilə qarşısının alına biləcəyini vurğulayır və asbestin qlobal miqyasda tam qadağan edilməsini tövsiyə edir.
İctimai sağlamlığın qorunması üçün asbest tərkibli binaların müəyyənləşdirilməsi, təhlükəsiz söküntü və utilizasiya proseslərinin təmin edilməsi, effektiv nəzarət mexanizmləri və əhalinin maarifləndirilməsi zərurətdir. Sevindirici haldır ki artıq ölkəmizdə də maarifləndirmə aparılır və asbestin istifadəsinin qadağan edilməsi gündəmdədir”.
Günel Həsənova, Bizimyol.info
Baxış sayı:88
Bu xəbər 26 Dekabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















