Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
Icma.az bildirir, Milli.az portalına istinadən.
Müğənni Nəfəs Ağdaşda lentə alınan və sosial şəbəkələrdə müzakirələrə yol açan görüntüləri ilə bağlı susqunluğunu pozub.
Milli.Az-ın məlumatına görə, sənətçi yayılan kadrlara görə onu tənqid edənlərə sosial şəbəkə vasitəsilə cavab verib. O bildirib ki, həmin şəxslərlə danışıq tərzinin və istifadə etdiyi ləhcənin məsxərəyə qoyulması düzgün deyil. Müğənninin sözlərinə görə, bəziləri baş verənləri lağ mövzusuna çevirir:
"Ağdaşda yaşanan hadisə ilə bağlı mənim orada o insanlarla elə tərzdə danışmağımı kimisi lağa qoyur, kimisi qiymətləndirir. Kimisi də yazıq düşüncəsi ilə danışır. Mən ləhcə ilə danışmışamsa, siz mənə yox, hansısa rayonun ləhcəsinə söz uzadırsınız. Mən insanlara "yox" deyib qarşılarında dura bilirəmsə, siz ona da dil uzadırsınız. Həmin anda mənim nə yaşadığımı, o insanlarla bağlı düşüncələrimi heç kim sorğu-sual etmir. Heç birinizin də vecinə deyil. Ona görə də haqqımda video yayıb danışmayın", - deyə müğənni bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















